"Gənc Traktorçu İnkişaf Proqramı" üzrə işə qəbul

  • Təsvir

    “MKT İstehsalat Kommersiya” MMCAzərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 26 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

    “MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

    2022-ci ilin Yanvar, Fevral ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssisəmizdə işçi sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

      “MKT İK” MMC Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Neftçala, Tərtər, Yevlax, Zərdab komandasına qoşulmaq üçünGəncTraktorçuaxtarır. Gənc traktorçu çalışdığı bölgə üzrə qaraj müdirinin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
    • Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət;
    • Traktorun yanacaqla doldurulması, traktorun və yedəkli qurğuların yağlanması;
    • Traktorun işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, cari təmirin aparılması;
    • Traktorların və yedəkli qurğuların müxtəlif növ təmirində iştirak etmək;
    • Traktoru idarə etmə hüququ verən vəsiqə,Traktor idarə etmək hüququ verən etibarnamə və ya yol vərəqəsi iş zamanı üzərində saxlamalıdır.
    • Traktorun əyləc sisteminin, təhlükəsizlik cihazlarının və qurğularının vəziyyətini yoxlayır.
    • Traktorda aşkar olunmuş texniki nasazlığın aradan qaldırılmasında iştirak edir.
    • İşdən əvvəl traktorun bütün mexanizmlərini və təhlükəsizlik cihazlarını yoxlayır.
    • İş zamanı texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına əməl edir.
    • Texnoloji rejim normalarına,texnoloji reqlament və təlimatlarına ciddi riayət etməli.
    • Zavodun rəhbərliyinin göstərişlərini operativ şəkildə yerinə yetirməli.
  • Tələblər
    • Traktorun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması qaydaları;
    • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalar;
    • Müxtəlif növ yüklərin yüklənməsi, boşaldılması və bərkidilməsi qaydaları;
    • Yol hərəkəti qaydalarını bilməlidir.
    • Ezamiyyələrə hazır olmalıdır.
    • Çevik düşünən;
    • Məsuliyyətli;
    • Dürüst olması bizim üçün vacibdir.
      Əlavə məlumat:  
    • Əmək haqqı razılaşma əsasında;
    • İş qrafiki:Altı günlük iş həftəsi
    • İş yeri: Ağcabədi, Ağdam, Biləsuvar, Bərdə, Beyləqan, İmişli, Goranboy, Salyan, Saatlı, Sabirabad, Neftçala, Tərtər, Yevlax, Zərdab

Müraciət et

 
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az