29 Noyabr 23:10

“Gənc turizm bələdçilərinin formalaşması” layihəsi

Əgər Siz turizm bələdçiliyi üzrə təlimatlanmaq, xarici turistlərlə ünsiyyət yaratmaq, asudə vaxtınızı səmərəli dəyərləndirməklə gəlir əldə etmək istəyirsinizsə, “Gənc turizm bələdçilərinin formalaşması” layihəsi çərçivəsində keçiriləcək təlim kurslarına qatılın.

Layihə “Gənclər Turizmi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, IB Club Gənclərin İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə dekabr ayı ərzində həyata keçiriləcəkdir.

Layihə çərçivəsində iştirakçılar üçün turizmin bələdçilik sahəsi üzrə təlimlər təşkil olunacaqdır. Təlimlərdə iştirak edən gənclər təcrübəli təlimçilər və bələdçilər tərəfindən əldə etdikləri bilik və bacarıqlar nəticəsində bələdçilik peşəsinin texniki tərəfləri, turistlərlə düzgün ünsiyyətin qurulması, habelə ölkəmizin tarixi, mədəniyyəti və arxeoloji abidələri kimi tarixi məkanlar üzrə marşrutların düzgün tərtib edilməsi taktikasını öyrənəcəklər.

Layihəyə qoşulmaq üçün aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçin və bizim dəvətimizi gözləyin. Təlim proqramının bir sessiyası 3-4 saatı əhatə etməklə, hər qrupda 50 nəfər olmaqla həftəiçi iş saatlarından sonra, həftəsonu isə günorta saatlarında keçiriləcək və ümumi olaraq 500-dən çox gənci əhatə edəcəkdir.

Qeydiyyat

Müraciət üçün son tarix: 5 dekabr, 2016-cı il

Əlaqə:
[email protected]
+994 77 356 50 30
Cəmilə Abdullayeva

Bəyən və paylaş

Rəylər

rəy(lər)