9 Aprel 19:19

Gənc xanımlar üçün “Rəqəmsal kommunikasiya strategiyası” mövzusunda təlim keçiriləcək

12-14 Aprel 2018 – ci il tarixilərində “Rəqəmsal kommunikasiya strategiyası” mövzusunda keçiriləcək təlimdə iştirak üçün gənc xanımlar qeydiyyatdan keçməyə dəvət olunur. Təlim Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində keçirilir və Azərbaycanda gender bərabərliyini təbliğ edir. Bu səbəbdən təlimdə iştirak etmək üçün yalnız xanımlar dəvət olunur.

Təlimin keçirilməsində məqsəd gənclər təşkilatlarının nümayəndələri və fəal gənclər arasında İKT sahəsində təşəbbüskarlığı inkişaf etdirərək, onların Vətəndaş Cəmiyyətinin  inkişaf prosesində iştirakını təşviq etmək, gənclər təşkilatlarının strateji inkişafının təmin edilməsi və təlim alətlərinin reallaşması nəticəsində gənclər təşkilatlarının potensialının artırılmasıdır.

3 gün davam edəcək təlim proqramı 3 moduldan ibarət olacaqdır:

Modul 1: Kommunikasiya Strategiyası

Modul 2: Böhran Strategiyası

Modul 3: Yeni media vasitələrinin kommunikasiya mühitində effektiv tətbiqi ünsiyyət və kampaniya strategiyaları

12-14 Aprel 2018 – ci il tarixilərində “Rəqəmsal kommunikasiya strategiyası” mövzusunda keçiriləcək təlim proqramı saat 10:00-dan 14:00-dək davam edəcəkdir. Təlim müddətində iştirakçılar üçün çay süfrəsi və nahar təşkil olunacaqdır. Proqramın sonunda iştirakçılar sertifikat ilə təltif olunacaqdırlar.

Seminarı yerli ekspertlər aparılacaqdır:

 

Təlim Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına dəstək təşəbbüsü ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT İnkişaf Proqramının dəstəyilə həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində keçirilir.

Təlim çərçivəsində yerli  ekspertlər tərəfindən 18-35 yaş arası gənc fəal xanımlardan ibarət iştirakçı qrupuna ünsiyyət bacarıqları, ­­­­­­­­­­­­­­­komunikativ metodlar və Digital təqdimat bacarıqları haqqında  ətraflı məlumat veriləcək.

Qeydiyyat

Əlaqələndirici şəxs: Pərvin Qasımov
Vəzifə: Proqram koordinatoru
Mobil tel: 077 421 11 30
Tel: 012 440 16 31
Fax: 012 440 16 27
Ünvan: Azərbaycan, AZ 1014, Bakı şəh., Süleyman Rüstəm küç. 15H
Bəyən və paylaş

Rəylər

rəy(lər)