23 Dekabr 16:20

Gəncə Dövlət Filarmoniyasının kamera orkestrinin üzvləri ADAU-nun yataqxanasında konsert verib

Edumap.az xəbər verir ki, ADAU-nun tələbə yataqxanasında bir-birindən maraqlı konsert proqramları təşkil etmək, əyləncəli və düşündürücü tədbirlər keçirmək artıq ənənə halını alıb. Bu cür tədbirlər tələbənin asudə vaxtını daha yadda qalan keçməsini təmin edir.

Təhsil müəssisəsinin mətbuat xidmətindən bildirilib ki, növbəti konsert proqramı bədii rəhbər Rəfael Bayramovun dirijorluğu ilə Firkrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kamera orkestri tərəfindən keçirilib.

Konsertdə Azərbaycan Respublikasının əməkdar artistləri Sevinc İbrahimova, Kəmalə Tağızadə və Mahir Məmmədov Azərbaycan bəstəkarlarının əsərlərini, mahnılarını ifa edib.

Konsertin sonunda universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək orkestrə, onun bədii rəhbərinə təşəkkürünü bildirib. 17 fevral 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi, müasir standartlarına tam cavab verən, 520 tələbənin yaşadığı gözəl kompleksdə asudə vaxtın səmərəli təşkili məqsədilə bu kimi tədbirlərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Bəyən və paylaş

Rəylər

rəy(lər)