#
12 Yanvar 15:57

Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdləri ADAU-da olub

Edumap.az xəbər verir ki, “ADAU-nu tanıyaq” layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) növbəti qonaqları Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin  şagirdləri olub. Şagirdlər universitetin tələbə evləri, anatomiya və pataloji anatomiya muzeyləri, yardımçı təsərrüfatları, tədqiqat mərkəzləri və laboratoriyaları,  auditoriyaları, idman zalları, kitabxanaları və digər infrastrukturları ilə yaxından tanış olublar. Şagirdlərlə söhət aparan universitet müəllimləri aqrar sahənin və aqrar təhsilin əhəmiyyəti, bu sahələrə dövlət dəstəyi barədə danışıb, sualları cavablandırıblar.

 Qeyd edək ki, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli  tam orta məktəblə ADAU arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Bu əlaqələrin bariz nümunəsi kimi  15 dekabr 2017-ci il universitetin Aqronomluq fakültəsində keçirilmiş Gəncə şəhərinin orta məktəb şagirdləri arasında “Akademik Həsən Əliyevi tanıyaq” mövzusunda təqdimat müsabiqəsində adıçəkilən məktəbin şagirdi Fəridə Qurbanovanın 1-ci yerə layiq görülməsini göstərmək olar.

Bəyən və paylaş

Rəylər

rəy(lər)