6 Oktyabr 23:11

Gəncə şəhərində Riyaziyyat müəllimi vəzifəsi üçün vakansiya

“Kaspi” təhsil şirkəti Gəncə şəhərində yerləşən Kaspi Abituriyent kurslarına azərbaycan bölməsi üzrə Riyaziyyat müəllimi vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Müvafiq sahə üzrə ali pedaqoji təhsil;
  • Sahə üzrə orta məktəbdə ən azı 2 illik pedaqoji təcrübə;
  • Minimum 2 illik repetitorluq fəaliyyəti.

Tələb olunan bilik və bacarıqlar:

  • Peşəsinə yüksək motivasiya ilə yanaşma;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Yüksək çalışmaq və öyrətmək həvəsi;
  • Sinfin idarə edilməsi bacarığı;
  • Abituriyent və valideynlərlə çalışmaq qabiliyyəti;
  • Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

 “Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı;
  • Fərdi inkişaf imkanları;
  • Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
  • Mehriban və dəstəkləyici işçi heyəti ilə işləmək imkanı;
  • Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş saatları: Dərs cədvəllərindən asılı olaraq

İş yeri: Gəncə filialı (Ünvan: Gəncə şəhəri, Əhməd Cəmil küçəsi 1, döngə 3)

Elan tarixi: 20 Sentyabr 2017

Son müraciət tarixi: 10 Oktyabr 2017

 

İŞƏ MÜRACİƏT FORMASI

Bəyən və paylaş

Rəylər

rəy(lər)