Gəncədə xanımlar üçün Biznes Təlimləri Həyata keçirilir

Edumap.az xəbər verir ki, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı və “Sahibkarlığın Bazar İqtisadiyyatında İnkişafına Yardım Fondu”nun dəstəyi ilə Gəncə şəhərində “Regionda qadınların sahibkarlıq fəaliyyətlərinin təşviq edilməsi” təlimi reallaşdırılır.

Dekabrın 16-21-də təşkil edilən, sahibkarlıq fəaliyyətinə başlamaq istəyən xanımlar üçün nəzərdə tutulan təlimi ixtisaslı təlimçilər (BƏT “Öz Biznesinə Başla və Yaxşılaşdır” Proqramının Master Trenerləri) Azad Rəhimov və Elxan Məmmədov aparır.

Layihənin məqsədi region xanımlarına sahibkarlıq və onun ilkin mərhələləri, sahibkarlıq fəaliyyəti üçün maliyyə axtarılması, sahibkarlığın iqtisadi və hüquqi tərəfləri haqqında təlim keçmək, onların işbirliyi qurmasına dəstək olmaqdır.

Bir cavab yazın

Back to top button