22 Sentyabr 22:36

Gəncədə yaşayanlar üçün Azercell Əlaqə Mərkəzində Vakansiya

Qeyd: Ştatdan kənar

RƏQƏMSAL GƏLƏCƏYİ AZERCELL-LƏ KƏŞF EDİN!

Əsl peşəkarlardan öyrənmək və yeni nəsil rəqəmsal texnologiyalarla gələcəyin təməlini qoymaq istəyirsiniz?O zaman biz SİZİ komandamızda görmək istəyirik!

Təsəvvür edin – müstəsna peşəkarların komandasına qoşulmaqla yanaşı, həm də öz səsinizi şirkətimizə bəxş etmiş olursunuz! Azercell Əlaqə Mərkəzində səsləriniz və adlarınız həmişə müştərilərə təqdim etdiyimiz ən yüksək səviyyəli xidmət, qayğı və diqqətlə eyni tutulacaq. İşiniz yalnız gündəlik problemlərin həlli ilə deyil, eyni zamanda müştərilərimizə müsbət əhval-ruhiyə bəxş etməkdən ibarət olacaqdır.

Əgər Siz Müştərilərimizə ən yaxşı təcrübəni yaşatmağa hazırsınızsa,liderlik keyfiyyətlərinə sahib, innovativ, çevik və yaradıcısınızsa –peşəkarlar şəbəkəsinə qoşulmaq fürsətini əldən verməyin!

İş yeri: Gəncə Şəhəri

İş qrafiki: Keçici növbəli (səhər, günorta, axşam və gecə növbələri)

Əsas Öhdəliklər:

  • Azercell-in “əlaqə nöqtəsi” olaraq müştərilərin telefon zənglərinə cavab vermək;
  • Müştərilərin sorğularını qəbul etmək və qeydiyyata almaq;
  • Azercell-in məhsul və xidmətlərinə dair müştərilərin sorğuların cavablamaq;
  • Bütün müştərilərə qarşı fərdi yanaşma və təmkinli davranış nümayiş etdirmək;
Requirements

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Azərbaycan və Rus dillərində mükəmməl, İngilis dilində isə orta və ya əla səviyyədə şifahi danışıq bacarığı;
  • MS Office proqramları və kommunikasiya texnologiyaları, məs. İnternet, TV, telefon kimi vasitələrin istifadəsindən məlumatlı olmaq;
  • Ali və ya natamam alı təhsil;
  • Müştəri xidmətləri sahəsində təcrübəyə üstünlük verilir;
  • Axşamlar, həftə sonları və bayramlar da daxil olmaqla, sərbəst iş qrafiki üzrə işləmək imkanı;

Tələb Olunan Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Stresə davamlılıq və pozitiv münasibət;
  • Yenilikçi  və daima inkişaf etmək təşəbbüsünün olması;

“Mən, həqiqətən də, burada çalışmaqdan zövq alıram! Azercell-in Əlaqə Mərkəzi bu günə qədər çalışdığım ən peşəkar və yaxşı təşkil olunmuş komandadır. İdarəetmə və təlim müstəsnadır.

Azercell-də müsbət, səmimi və hər zaman yardım etməyə hazır olan mehriban insanlardan ibarət bir mühit var.” Fuad Gurbanov – Əlaqə Məkrəzi Təmsilçisi.

Hiring process

Mənfəətlər:

  • Peşəkar mütəxəssislərin dinamik və çevik komandasına qoşulmaq imkanı
  • Yenilikçi və nəticə yönümlü korporativ mədəniyyətə töhfə vermək imkanı
  • Karyeranızı qurmaq üçün böyük imkanlar:Azercell Akademiyasının təşkil etdiyi təlim və inkişaf proqramları, korporativ kitabxana, e-tədris portalı, həmçinin öyrənmək və inkişaf etmək üçün bir sıra digər imkanlar
  • Korporativ mobil nömrə (xüsusi ayrılmış istifadə limiti ilə xətt)
  • Yüksək Əmək haqqı
  • Şirkətimizin bir qolu olan “Azeronline” şirkətindən limitsiz ADSL İnternet xidmətləri
  • Azercell-in məhsul və xidmətlərinə tətbiq edilən endirimlər
  • Müxtəlif güzəştlər (HoReCa və fitnes)

Xahiş edirik ki, ərizənizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.

Qeyd:

  • Yalnız Azərbaycan Respublikasının vətəndaşları bu vakansiya üzrə dəyərləndirmədə iştirak edə bilərlər.
  • Əlavə məlumat üçün Azercell-in İstedadların Cəlb Edilməsi üzrə mütəxəssisləri ilə [email protected] ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.
  • Nəzərə alın ki, [email protected] ünvanına birbaşa göndərilən CV və müraciət formaları heç bir vakansiya üzrə dəyərləndirilməyəcək! Bu vakansiya üzrə müraciət etmək üçün “Apply” linkindən istifadə edin.
  • E-poçtunuzu müntəzəm olaraq yoxlayın və məlumatları təqib edin.
Deadline for applicants

25 Sep 01:33 PM

Bəyən və paylaş

Rəylər

rəy(lər)