Gənclər arasında sağlam qidalanmağın təbliği mövzusu üzrə təlim

“Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi“Sağlam düşüncə, sağlam həyat tərzi” – gənclər arasında sağlam qidalanmağın təbliğilayihəsi /Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstək verilən/ çərçivəsində silsilə təlimlər təşkil edir. Təlimdə “Düzgün qidalanma haqqında məlumat”, “Düzgün qidalanmanın əsas üstünlükləri”, “Düzgün qidalanma üzrə tətbiq edilən mexanizmlər”, “Sağlam qidanın vacibliyi”, “Düzgün qidalanma “piramidası” barədə”, “Fast-fudların ziyanı”, “GMO nədir və onların insan orqanizminə təsiri” mövzuları barədə geniş məlumat veriləcək.

İlk təlim 12 iyun 2017-ci il tarixində keçiriləcək. Təlimdə fəal iştirak edənlər müvafiq sertifikatlarla təltif ediləcəklər.

TƏLİMİN KEÇİRİLMƏ YERİ: Bakı şəhəri, Casipan Business Center, Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə.

TƏLİMİN KEÇİRİLMƏ TARİXİ: 12 İYUN 2017-ci il.

TƏLİMİN KEÇİRİLMƏ VAXTI: 14:00.

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.

Təlimdə iştirak etmək arzusunda olanlar əlaqə məlumatlarını və eləcə də, telefon nömrələrini 10 iyun 2017-ci il tarixinə kimi [email protected] elektron poçtuna təqdim etməlidlər.

Təlimdə iştirak üçün aşağıdakı əlaqə telefonları ilə də əlaqə saxlamaq olar:

(055) 361 35 06 (Whats App).

(070) 202 89 02.

Bir cavab yazın

Back to top button