Gənclər və İdman Nazirliyi aşağıda adları qeyd edilən “Gənclər evi” sosial-xidmət müəssisəsilərinə rəhbər vəzifəsinə sənəd qəbulu elan edir:
1. Sabunçu “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru.
2. Zərdab “Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru*(təkrar).
“Gənclər evi” sosial-xidmət müəssisəsinin direktoru vəzifəsinə namizədlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsilli;
- gənclərlə iş sahəsində 2 il olmaqla, ümumi 3 il iş stajı;
- yaş həddi 35-dək;
- minimum 1 xarici dil bilmək.
Təqdim ediləcək sənədlər:
-CV foto ilə (iddia edilən vəzifənin adı qeyd olunmalıdır);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Ali təhsil haqqında diplomun surəti.
Sənədlər 06 may 2022-ci il tarixədək elektron formada [email protected] ünvanına göndərilməlidir.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət etdiyiniz vəzifənin adı və yeri “mövzu” bölməsində qeyd edilməlidir.
Ünvan: Bakı, AZ1072, Olimpiya küçəsi, 4
Qeyd: Zərdab “Gənclər evi” sosial- xidmət müəssisəsinin direktoru vəzifəsinə iddia edən namizədlər arasından keçən olmadığı üçün təkrar elan verilir. Daha öncə bu vakansiya üzrə müraciət edənlər təkrar müraciət edə bilməz.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur