Gənclər ictimai nəzarəti gücləndirəcəklər

Gənclər ictimai nəzarəti gücləndirəcəklər

 

 

*

Azərbaycan Respublikasının Prezidentinin  ictimai nəzarətin gücləndirilməsi barədə çağırışına cavab olaraq, “Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsi çərçivəsində gənclər təşkilatlarından ibarət İctimai Nəzarət Qrupları yaradılıb.

 

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Koronavirus Pandemiyası ilə Mübarizədə Gənclər Təşkilatlarının Rolunun Stimullaşdırılması” layihəsinin məqsədi ölkəmizdə yayılmış COVİD-19 virusu haqqında əhalinin maarifləndirilməsi, bununla da ölkə ərazimizdə yoluxma sayının minimuma endirilməsi və vətəndaşları narahat edən məsələlərin aradan qaldırılmasına dəstək olmaqdır.

Mərhələli şəkildə fəaliyyət göstərəcək olan Nəzarət qruplarının fəaliyyətində ilk olaraq pandemiya ilə əlaqədar təyin edilmiş qaydalara əməl edilməsi və əhalinin maarifləndirilməsi istiqamətində işlərin aparılacaq. Bu məqsədlə paytaxt Bakı və regionlarda 30 gənclər təşkilatı İctimai Nəzarət qrupları kimi fəaliyyətə cəlb olunması nəzərdə tutulub.

İctimai Nəzarət qrupları fəaliyyətləri zamanı gigiyenik vasitələrin (maska, əlcək, spirt) və virusla mübarizə üçün təbliğat materiallarının (flayer, buklet, stiker) paylanılmasında, vətəndaşları narahat edən məsələlərin təyin edilməsində yaxından iştirak edəcək. Seçilmiş ərazilərin yerli idarəetmə orqanları və təhlükəsizlik strukturları ilə əməkdaşlıq edilməsi planlaşdırılıb.


Sosial Şəbəkələrdə Bizi İzləyin!
         

Bir cavab yazın

Back to top button
Close