Müasir İnkişaf Birliyinin təşkilatçılığıyla “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” adlı layihə üzrə ilk tədbir keçirilib. Qeyd edək ki, layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə icra edilir.
Tədbirdə çıxış edən Müasir İnkişaf Birliyinin sədriMübariz Göyüşlümənəvi dəyərlərin təbliğinin vacibliyindən, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə 2005-ci ildən gördüyü işlərdən, cəmiyyətin, xüsusilə də gənclərin tərbiyəsində xalqın min illərlə formalaşmış dəyərlərinin önəmindən bəhs edib. M.Göyüşlü mənəvi dəyərlərin təbliğinin 44 günlük müharibəyə qədər bir forma və məzmunda aparıldığını, müharibədən sonra isə başqa bir forma və məzmunda aparılmalı olduğunu vurğulayıb.
Tədbirin məruzəçisi, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, ADPU-nun dosentiMübariz Ağalarlı“Azərbaycanda milli-mənəvi dəyərlər: tarixilik və müasirlik” mövzusunda çıxış edib. O, məsələyə tarixi aspektən yanaşaraq Azərbaycan xalqının qəhrəmanlıq salnamələrindən, dövlətçilik təcrübəsindən, türk xalqlarının ortaq cəhətlərindən danışıb. Azərbaycan bayrağının rənglərindəki ideoloji prinsiplərdən söz açan alim gənclər arasında mənəvi dəyərlərin təbliğinin vacibliyini qeyd edib.
Tədbirin digər məruzəçisi, AMEA Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosentAygün Bağırlı“Milli-mənəvi dəyərlərin formalaşmasında ədəbi nümunələrin rolu” mövzusunda çıxış edib. O, ədəbi nümunələrdə mənəvi dəyərlərimizin təbliği məsələlərindən geniş danışıb. Çıxışçı 44 günlük mühraibədən qalib çıxan Azərbaycanın 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinə toxunaraq, bunu ədəbiyyata, sözə, mədəniyyətə verilən böyük qiymət kimi xarakterizə edib. Məruzəçi gəncləri mənəvi dəyərləri yaşatmaqda və qorumaqda fəal olmağa səsləyib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoruMehman İsmayılovlokal dəyərlərin bəşəri dəyərlərə çevrilməsi prosesindən danışıb. O, bunu edə bilən xalqalrın, cəmiyyətlərin özünü qoruması imkanlarının artdığını açıqlayıb. M.İsmayılov xalqımızın mənəvi dəyərlərinin 44 günlük müharibəni qalibiyyətlə başa vurmaqda çox böyük faydasının olduğunu söyləyib. İcraçı direktor Qərb və Şərq dəyərləri arasında təhlillər apararaq gənclərə ünvanlanmış belə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiriƏhməd Niyazovtəmsil etdiyi təhsil müəssəsinin yaradılmasından və fəaliyyətindən söz açıb. Ə.Niyazov ölkəmizdə dinlərarası, məzhəblərarası münasibətlərin tənzimlənməsindən danışıb. İlahiyyatçı alim bu sahədə heç bir problemin, ixtilafın və çətinliklərin olmadığını, Azərbaycanın dünyaya örnəklər göstərdiyini xüsusi vurğulayıb.
ADPU-nun Tarix fakültəsinin tələbəsiAnar Salehoğlugənclər arasında mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən danışıb. O, bir gənc olaraq daim bu sahədə görülən işlərdə fəal olduğunu, digər həmyaşıdlarını da aktiv olmağa səslədiyini açıqlayıb.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur