Çərşənbə, 4 İyun, 2025

GƏNCLƏR TƏCRÜBƏ PROQRAMINA DƏVƏT OLUNURLAR


  • Dərc edildi: 20 Avqust, 2021 - 10:20
GƏNCLƏR TƏCRÜBƏ PROQRAMINA DƏVƏT OLUNURLAR

GƏNCLƏR TƏCRÜBƏ PROQRAMINA DƏVƏT OLUNURLAR Tələblər • Yaş: 25-35 arası; • Təhsil: Ali (humanitar sahələr üzrə məzun olanlara üstünlük veriləcək); • Dil bilikləri: Rus və İngilis dili; • Düzgün qrammatik yazı və şifahi tələffüz bacarığı; • Müstəqil işləmə bacarığı; • Problemləri həll etmə bacarığı; • Yeni texnologiya, yeniliklərdən xəbərdar olmaq; • Öyrənməyə və inkişaf etməyə meyilli olmaq; • Komandada işləmək bacarığı; • Dəqiqlik və detallara fikir vermə bacarığı; • MS Excel və MS Word proqramları ilə işləmək bacarığı. Şəxsi keyfiyyətlər • Mehriban, ünsiyyətcil, səmimi, təşəbbüskar və xoşgörünüşlü olmaq: • Stressə və gərginliyə dözümlü olmaq; • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; • Problemləri sürətli həll etmək bacarığı; • Eyni anda bir neçə işi icra etmək bacarığı; • Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq. Əsas vəzifə öhdəlikləri • Telefon zənglərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi; • Məktubların qəbul edilməsi və yönləndirilməsi; • Rəhbərliyin telefon danışıqlarının təşkil edilməsi, rəhbərlik olmadığı vaxtda daxil olan məlumatların qeyd edilməsi və düzgün şəkildə rəhbərliyə çatdırılması; • Bey

nəlxalq yazışmaların aparılması; • Daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və lazımi yerə çatdırıması (poçtla, kuryerlə, elektron poçtla və s.) • Rəhbərliyin birbaşa tapşırıqlarının yerinə yetirilməsi. İş saatları • İş vaxtı: 09:00 - 18:00. • İş günü: I-V. Məlumatlandırıcı qeydlər • Zəhmət olmasa CV-i göndərmədən öncə elanla ətraflı tanış olun. • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin. • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir. • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur. • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun. • Təcrübəyə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. Elanla maraqlanan və şərtlərə uyğun namizədlərdən CV-lərini[email protected]mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində “təcrübəçi” qeyd etmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 230
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 61
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 160
Lisey və gimnaziyala...