4 Aprel 23:51

Gənclər təşkilatları üçün “Təlimlər Modulu” adlı layihəyə start verilir

Gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri üçün yeni bir fürsət❗️
Peşəkar təlimçilərin bilik və təcrübələrindən yararlanmaq istəyirsiniz
O zaman qeydiyyatdan keçməyə tələsin.

🔹Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Aprel – İyun tarixlərində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə gənclər təşkilatları üçün “Təlimlər Modulu” adlı layihəyə start verir.
▶️Layihənin əsas məqsədi, gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirməkdir.
Layihə zamanı seçilmiş əsas mövzular və alt mövzular aşağıdakılardır:🔻

🔸PR strategiyası:

PR və Böhran Kommunikasiyası
Marketinq və Satış psixologiyası
SMM, Copywriting fəaliyyəti, Media əlaqələri
Marketinq araşdırmaları

🔸Layihələrin idarə olunması:

Layihələrin təsviri və büdcəsinin yazılması
Layihələrin tərtib olunması
Risklərin İdarəedilməsi
Büdcənin yazılışı

🔸Beynəlxalq Əlaqələr:

“Erasmus+” layihələrinin yazılması və həyata keçirilməsi
EVS və ESC
Beynəlxalq layihədə iştirak üçün müraciət formunun düzgün doldurulma qaydaları
Beynəlxalq təmsilçilik və NAYORA

🔸Maliyyə menecmenti və mühasibatlıq:

QHT-lərdə büdcənin tərtib olunması və hesabatçılığı
QHT-lərdə vergi hesablanması
Xarici qrantların maliyyə hesabatçılığı
Excell, formulaların qurulması

 

Layihədə təlimçi qismində dövlət orqanlarının, ölkədə fəaliyyət göstərən və kifayət qədər nüfuza sahib olan yerli və beynəlxalq şirkətlərin və qurumların nümayəndələri, gənclərlə iş sahəsində çalışan mütəxəssislər iştirak edəcək.
Layihə Aprel – İyun tarixlərində həftədə bir dəfə olmaqla (şənbə günləri), gənclər təşkilatlarının mövzular üzrə çalışan əməkdaşlarının iştirakı ilə keçiriləcəkdir.

♦️Qeyd: İlk təlimlər, 13 Aprel tarixində, 📍ARGTMŞ-nın Gənclər Evində saat 🕛 12:00 – 14:00-da “PR və Böhran kommunikasiyası” və saat 🕞14:30 – 16:30-da “Layihələrin təsviri və büdcəsinin yazılması” mövzularında baş tutacaq.

🔗Layihədə iştirak üçün qeydiyyat linki: http://bit.ly/2JYmMsr

🗓Son müraciət tarixi: 9 Aprel 2019-cu il

📍Məkan: ARGTMŞ Gənclər Evi

Bəyən və paylaş

Rəylər

rəy(lər)