Gənclər üçün Elektron Hökumət təlimi

“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyasının birgə təşkilatçılığı ilə “İnformasiya Cəmiyyətinin Təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam etdirilir.
Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 16 yanvardan etibarən start veriləcəkdir. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edəcəkdir. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.

Təlimlər 2 gündən ibarət olub, 4 mövzunu əhatə edəcəkdir:
16.01.2018 saat 15:00-da
– Məcburi dövlət sosial sığortası hesabatların təqdim edilməsi e-xidməti;
– Statistika üzrə e-xidmətlər.
17.01.2018 saat 15:00-da
– Vergilər sahəsi üzrə e-xidmətlər;
– Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.

Təlimdə Bakı ilə yanaşı regionlar üzrə gənc sahibkarlar iştirak edəcəklər.

Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaqdır.

Təlimlərdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://goo.gl/3DAZCL

Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
[email protected]
(012) 505 01 13; (077) 505 01 13; (051) 504 01 13

Rəylər

rəy(lər)