8 İyun 14:54

“Gənclər üçün Əmək Yarmarkası – 2019” keçiriləcək

İyunun 10-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün Əmək Yarmarkası – 2019” keçiriləcək.
Dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak edəcəyi əmək yarmarkasının keçirilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətlərindən biri sayılan gənclərin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.
“Park Inn” otelində saat 10:00-da başlayacaq əmək yarmarkasında bütün ali təhsil müəssisələrində təhsil alan, o cümlədən əlilliyi olan tələbə, magistr və məzunlar təklif olunan müxtəlif vakasiya və təcrübə proqramlarına müraciət edə biləcəklər.

Əmək yarmarkasında iştirak etmək istəyənlər [email protected] ünvanına CV göndərə bilər. Məlumat üçün bildirək ki, elektron CV bazası müfaviq dövlət qurumları, təşkilat və şirkətlərə təqdim ediləcək.

İştirakı təsdiqlənmiş qurum və şirkətlərin SİYAHISI (yenilənir)

• Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

• Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası

• Bakı Şəhər Məşğulluq İdarəsi

• Azərsun Holding

• Gilan Holding

• Veysəloğlu Qrup

• Deloitte and touche tohmatsu

• Ernst and Young LTD

• KPMG

• Baker Tilly Azərbaycan

• Bakcell

• Azərfon

• Azərbaycan Coca-Cola Bottlers LTD

• Modern Group of Companies

• Absheron Hotel Group

• Ultra Şirkəti

• Kapital Bank ASC

• Ata Bank ASC

• Access Bank ASC

• Azərbaycan Beynəlxalq Bankı

• Azər Türk Bank ASC

• Bank of Baku ASC

• Nikoil Bank ASC

• Express Bank ASC

• Amrahbank ASC

• Turanbank ASC

• Yapı Kredi Bank Azərbaycan QSC

• AFB Bank

• Rabitə Bank ASC

• NBC Bank ASC

• Nurgün Şirkətlər Qrupu

• Sinteks Group of Companies

• Novco Group of Companies

• McDonalds Azərbaycan MMC

• Safaroff Agency

• Embawood MMC

• HH Group

• ABC Telecom (Kontakt Home)

• Atəşgah Sığorta ASC

• AzSığorta ASC

• QSS Analytics

• Universal PRO

* Siyahı yenilənir

Bəyən və paylaş

Rəylər

rəy(lər)