Gənclər üçün “Hərb Oyunları” layihəsi

“Hər şey Vətən üçün!” deyən Azərbaycan gəncinin böyük qələbəmizin ardından hərb sahəsinə olan marağı günü-gündən artır.
Məhz bu səbəbdən gənclərin vətənpərvər və sağlam ruhda inkişafına fokuslanmış layihələrimizin sırasına daha bir yenisini əlavə edirik!
Ekstremal şəraitdə 100-ə yaxın gəncin müxtəlif idman növləri üzrə təşkil olunacaq yarışlarda birincilik uğrunda mübarizə aparacağı layihədə 7 gün ərzində gənclər peşəkar idmançılar ilə master-klasslarda, mentorlar tərəfindən xüsusi təlimlərdə, hərbi yönlü fiziki, psixoloji və intellektual yarışlarda iştirak edəcəklər.
Gənclər üçün “Hərb Oyunları” layihəsi Ireli Ictimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyilə 27 avqust – 2 sentyabr tarixlərində baş tutacaq.
Layihənin sonunda zəfər qazanan qaliblər kubok və müxtəlif hədiyyələrlə təltif olunacaqlar.
Qalib olmaq istəyirsənsə, qeydiyyatdan keçməyə tələs!
Son qeydiyyat tarixi: 13.08.2021 23:59

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az