Gənclər üçün ödənişli (maaşlı) təcrübə proqramı 

GerLift Group MMC satış sahəsində öz karyera arzularını reallaşdırmaq, yeni təcrübə və biliklər qazanmaq istəyən gənclər üçün ödənişli (maaşlı) təcrübə proqramı elan edir.
Təcrübəçiyə dair tələblər:
• Özündə yeni bilik və bacarıqları inkişaf etdirmək istəyi olan həvəsli gənclər;
• Yaş həddi: 20-30 yaş;
• Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
• Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
• Komandada işləmək bacarığı;
• İntizamlılıq və məsuliyyətlilik;
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma bacarığı;
Təcrübəçilərin proqradan əldə edəcəkləri:
• Satış və marketing strategiyası;
• Korporativ müştərilərlə iş üslubu;
• Korporativ satış qaydaları;
• Xidmətlərin və məhsulların satış prosesində real iştirak;
• Potensial müştərilərlə görüş imkanının yaradılması;
• Peşəkar komandanın bir üzvü olmaq;
Təcrübə proqramı haqqın məlumat:
• Ərazi gəzintiləri və bazarın araşdırılması yolu ilə yeni müştərilərin araşdırılması;
• Müştəri bazasının formalaşdırılmasında iştirak və korporativ müştərilərlə əlaqələrin qurulması;
• Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili;
• Məhsul və xidmətlər haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
• Təcrübə müddəti: 2 ay;
Təcrübəçilər şirkət haqqında ətraflı məlumatı www.gerlift.az saytından əldə edə bilərlər.
E-mail: [email protected]

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir