Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir
Aşağıda adları qeyd edilən təsərrüfat hesablı idman obyektlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edir:
1. “Ağdaş Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Ağdaş rayonu)
2. “Buzovna İdman zalı” MMC-nin direktoru (Bakı şəhəri, Buzovna qəsəbəsi)
Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:
- Ali təhsil
- Minimum iş stajı 6 il
- Yaş həddi 55 yaşadək
Təqdim ediləcək sənədlər:
- Linkdə verilmiş (bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV Azərbaycan dilində tərtib edilməlidir)
- Şəxsiyyət vəsiqəsinin surəti
- Ali təhsil haqqında diplomun surəti
Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaqdır.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir. Musahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcəkdir.
Sənədlər 09 iyun 2022-ci il tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir.
Müraciət üçün son tarix: 16 iyun 2022-ci il saat 12:00-dək
Əlavə məlumat üçün telefon: (012) 465-65-72
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az