Gənclər və İdman Nazirliyi işə qəbul elan edir

Gənclər və İdman Nazirliyi işə qəbul elan edir. Aşağıda adları qeyd edilən, yeni istifadəyə verilmiş təsərrüfat hesablı idman obyektlərinin rəhbər vəzifələrinə sənəd qəbulu elan edilir: 1. “Gəncə Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Gəncə şəhəri) 2. “Şəki Olimpiya İdman Kompleksi” MMC-nin direktoru (Şəki şəhəri) 3. Respublika Olimpiya Mərkəzinin direktoru (Bakı şəhəri) 4. “Kür Olimpiya Tədris İdman Mərkəzi” MMC-nin direktoru (Mingəçevir şəhəri) 5. Respublika Velotrekinin direktoru (Bakı şəhəri) Qeyd edilən vəzifələrə namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər: - Ali təhsil; - Minimum iş stajı: 6 il ; - Yaş həddi: 55-dək. Qeyd: İdman sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək. Təqdim ediləcək sənədlər: - Linkdə (https://bit.ly/36pHHjZ) verilmiş CV forması doldurulmalıdır (CV-də iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır); - Şəxsiyyət vəsiqəsinin surəti; - Ali təhsil haqqında diplomun surəti. Qeyd: CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq. Elektron poçt ünvanına müraciət daxil olduqdan sonra müraciətinizin çatması barədə təsdiq e-maili göndəriləcək. Sənədlər 19 aprel 2022-ci il tarixindən etibarən [email protected] elektron poçt ünvanına göndərilməlidir. Müraciət üçün son tarix: 23 aprel 2022-ci il. Əlavə məlumat üçün telefon: (012) 465-65-71.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az