7 May 13:49

“Gənclər – vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihə həyata keçilir

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində Gəncə şəhərində “Gənclər – vətəndaş cəmiyyətinin əsas qurucuları kimi” adlı layihə həyata keçirir. Layihənin icrası  “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin eksperti Hüseynxan Hacızadə ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Gənclər – vətəndaş cəmiyyətinin əsas qurucuları kimi”  adlı xidmət çərçivəsində həyata keçirilir.

Xidmət Gəncə şəhərində  yaşayan və təhsil alan 16-29 yaşlı gənclərin müvafiq mövzular üzrə təlimatlandırma və maarifləndirməklə, onların qərarvermə prosesində və ictimai siyasətin formalaşmasında funksiya və rollarının artırılması və elektron məlumat bazaları, fəal vətəndaşlıq mövqeyi vasitələri haqqında məlumatlandırmaq məqsədilə təşkil olunur.

Təlimlər zamanı İctimai vəkillik, Elektron Xidmətlərdən (“Elektron Hökumət” virtual portalı, Dövlət Xidmətləri Portalı və s.) istifadə bacarıqlarının artırılması, Layihələrin yazılması və idarə edilməsi, Maliyyə və büdcənin düzgün idarə edilməsi, Natiqlik, Liderlik, Strateji planlaşdırma, Sosial media əsaslı ictimai davranış (əlaqələr), Sosial sahibkarlıq və onun üstünlükləri, StartUp haqqında məlumat əldə edəcəklər.

Layihədə iştirak üçün linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz: https://goo.gl/AZ4Kvs

Ətraflı məlumat üçün Birliyin ofisinə yaxınlaşa bilər və ya (+994 22) 256 8015 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)