8 Noyabr 16:47

Gənclər Vətəndaş Jurnalistikasında

18-30 yaşlı gənclərin nəzərinə!
Bu layihədə iştirak etməklə siz sosial problemlərlə bağlı ideyalarınızı sosial video çarxa çevirə bilərsiniz.
Necə? İki ay davam edəcək təlimlərdə siz video çəkiliş və montaj (Adobe Premiere) qaydalarını öyrənərək, öz qrupunuzla sosial çarx çəkəcəksiniz. Təlimlərdə iştirak üçün jurnalistika fakültəsinin məzunu və ya jurnalist olmağınız şərt deyil. Yeganə şərt öyrənməyə meyilli və sosial problemlərin həllində maraqlı olmağınızdır.

Əgər siz də yeni bacarıqlar əldə edərək cəmiyyətə faydalı olmaq istəyirsinizsə, aşağdakı sualları cavablandıraraq bizə müraciət edin.

Təlimlər ödənişsizdir və həftədə iki dəfə olmaqla 3 saat davam edəcək. Praktika zamanı texnika tərəfimizdən qarşılanacaq.
Son müraciət tarixi: 13 noyabr ( saat 23:59-dək) , 2019

Qeydiyyat

Ünvan: Vətəndaş Hüquqları İnstitutu.

Adress Bakıxanov küç, mənzil 4.

Bəyən və paylaş

Rəylər

rəy(lər)