Gənclərə Qayğı üzrə məsləhətçi vakansiyası

SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Gənclərə Qayğı layihəsinə MƏSLƏHƏTÇİ (Kişi namizəd) vəzifəsinə iş elanı verir:

Gənclərə Qayğı (oğlanlar üçün) Layihəsi gənclərin müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Gənclərə Qayğı məsləhətçisinin əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir.

PROFİLİNİZ:

• Pedaqoqika, psixologiya və ya sosial iş sahəsində ali təhsil;
• Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi;
• Mentorluq və kouçinq bacarıqları;
• Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
• Sosial və təşkilati bacarıqlar;
• Stressə davamlılıq;
• Komandada işləmək istəyi və bacarığı;
• Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
• Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
• Əlavə peşəyönümlü təhsil (Təlim, seminarlar);
• İlkin tibbi yardım bacarığı;
• Kompüter biliyi (MS Office);
• Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

• Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
• Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
• Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
• Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
• Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək;
• SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
• Gənclərin asudə vaxtlarını təşkil etmək;
• Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)

İŞ ŞƏRTLƏRİ:

• Ünvan – Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 9, m. 230 (Q.Qarayev m/st, İnci şadlıq sarayının yaxınlığı);
• 550 AZN (vergilər daxil) əmək haqqı;
• Növbəli iş rejimi;
• Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

TƏKLİFİMİZ:

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz?

Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 26 Noyabr 2020-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/Gənclərə Qayğı üzrə məsləhətçi Edumap.az” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə nömrəsi: 055 227 47 25

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Bir cavab yazın

Back to top button