29 Aprel 21:47

Gəncləri “Gənc İstedad” layihəsinə qoşulmağa dəvət edirik!

Gəncləri “Gənc İstedad” layihəsinə qoşulmağa dəvət edirik!

Biləsuvar rayon Gənclər və İdman İdarəsi “Gənc İstedad” layihəsinə start verir. Əgər Sizin hər hansı bir sahədə (rəsm, rəqs, musiqi, idman, intellektual və s.) istedadınız və ya nailiyyətiniz varsa o zaman bu layihə sizin üçün böyük fürsətdir. Layihənin keçirilməsində əsas məqsəd cənab nazir Azad Rəhimovun tövsiyə və tapşırıqlarına əsasən istedadlı gənclərin üzə çıxarılması ilə bağlı layihələrin online qaydada davam etdirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili etdirilməsidir. Layihəyə qoşulmaq istəyən gənclər aşağıdakı formatda videoçəkiliş etməlidirlər:

 İlkin olaraq hər bir gənc özü haqqında qısa məlumat verməli;

 İstedad və ya nailiyyətinizi əks etdirən kadrlar yer almalı;

 Videoçəkiliş 10 dəqiqədən çox olmamalı;

 Hər bir şəxs yalnız bir video təqdim etməli;

 Videolar mobil telefon və ya kamera ilə çəkilməli;

 Görüntü və səs aydın olmalı;

 Çəkilişdə #evdəqal çağırışları yer almalıdır.

Videolar təqdim olunduqdan sonra layihənin şərtlərinə uyğun olanlar Biləsuvar rayon Gənclər və İdman İdarəsinin səhifəsində paylaşılacaq, eyni zamanda, həmin gənclərin adı istedadlılar siyahısına daxil ediləcək. Bununla da həmin gənclər gələcəkdə onlar üçün yaradılacaq bir sıra imkanlardan yararlanmış olacaqlar.

🔺️ Qeyd edək ki, layihə 28 aprel – 28 may 2020-ci il tarixlərini əhatə edəcəkdir.

👉 Videolarınızı [email protected] email adresinə və ya (070)-422-12-66 whatsapp nömrəsinə göndərə bilərsiz.

👉 İstedadına və bacarığına güvənən bütün gəncləri “Gənc İstedad” layihəsinə qoşulmağa dəvət edirik!

Bəyən və paylaş