“Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihənin dördüncü təlimi keçirilib

Edumap.az xəbər verir ki, 23.12.2016-ci tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, 8-ci qrant müsabiqəsində qalib olmuş Gülşən Fətəliyevanın “Gəncləri Zərərli Vərdişlərdən Uzaqlaşdırmaq” adlı layihəsinin dördüncü təlimi Təfəkkür Universitetində baş tutmuşdur. Layihənin məqsədi gəncləri zərərli vərdişlərdən uzaq tutmaq və bu istiqamətdə maarifləndirmə işini təşkil etməkdən ibarətdir. Həmçinin təşkil olunacaq seminarlarda gənclərə ziyanlı vərdişlər haqqında ümumi və geniş məlumatlar verməkdir. Dördüncü seminarın təlimçiləri Gülşən Fətəliyeva, Məhsəti Hüseynova, Rahimə Hümbətova, qonaq qismində Təfəkkür Universitetinin professoru Rafiq İmanov və Rahidə Hümbətova olmuşdur.
Təlimçi Gülşən Fətəliyeva layihə iştirakçılarını siqaretin həyatımıza və ətrafımızdakı insanlara vurduğu zərər, fəsadları, narkomaniya və alkoqoldan asıllığın mübarizə yolları haqqında məlumatlandırıb.
Çıxış edən növbəti təlimçi Məhsəti Hüseynova sağlam qidalanma, düzgün yuxu rejimi və yuxusuzluğun ziyanları haqqında məlumat vermişdir. Bu kimi digər problemlərin müzakirəsi, yaranma səbəblərinə aydınlıq gətirilməsi və zərərlərin aradan qaldırılmasına dair müzakirələr edilib.
Daha sonra təlimçi Rahimə Hümbətova İnternet və Texnologiya dedikdə ağla ilk gələn sosial şəbəkələr, telefon və onlardan asılılıq – bunun xeyirli tərəfləri ilə yanaşı “ internetin sağlamlığımıza vurduğu fəsadlarla necə mübarizə aparmaq laımdır?” mözusunda ətraflı məlumat və s. kimi məlumatlar gənclərə seminar vasitəsi ilə təqdim etmişdir.
Təlimin təşkilində yaratdığı şəraitə görə Təfəkkür Universitetinin rektor əvəzi cənab Rahim Hüseynova təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, layihənin dördüncü təlim günü 100 nəfərdən çox gəncin böyük marağına səbəb olub və böyük aktivliklə müşahidə edilib. Sonda tədbirdə aktiv olan iştirakçılara sertifikat təqdim edilib və xatirə şəkli çəkdirilmişdir.

Bir cavab yazın

Back to top button