29 May 20:54

Gənclərin İnternet İdarəçiliyi Forumu

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında İKT infrastrukturu və xidmətlərinin modernləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycan Gənclər Fondu ilə birgə 31.05.2019-cu il tarixində 03.06.2019-cu il tarixinədək Gənclər İnternet İdarəçilik Forumu (İİF) təşkil ediləcəkdir.
Gənclərin İnternet İdarəçiliyi Forumu Azərbaycan gənclərini bir araya gətirərək rəqəmsal movzulardakı inkişafları müzakirə və şərh etmək, gəncləri İnternet idarəetmə mövzusunda müzakirəyə təşviq etmək məqsədi daşıyır.
Forum 3 gün ərzində müxtəlif ölkələrdən 17-25 yaş arası 24 nəfər gənc iştirak edəcəkdir.Tədbirin ilk günü iştirakçıların nəzəri və praktiki hazırlığını əhatə edəcək, tədbirin son günündə isə gənclərin auditoriyanı öz mövqelərinə inandırması üçün əvvəlcədən hazırlanmış təzadlı və prinsipial mövzülarda simulyasiya oyunları təşkil ediləcəkdir.

Qeydiyyat linki : LİNK

Bəyən və paylaş

Rəylər

rəy(lər)