“Gənclərin iştirakçılıq fəaliyyəti” – gənclər üçün pulsuz foto və video jurnalistika təlimləri

“Gənclərin iştirakçılıq fəaliyyəti” – gənclər üçün foto və video jurnalistika təlimləri

 

“Gənclərin iştirakçılıq fəaliyyəti” – gənclər üçün foto və video jurnalistika təlimləri layihəsi ABŞ-ın Azərbaycandakı səfirliyinin İcma Quruculuğu Təşəbbüsləri Proqramı çərçivəsində həyata keçirilməyə başlayıb. Layihəsi çərçivəsində Lənkəran, Ağcabədi və Xaçmazdan olan yeniyetmə və gəncləri arasında foto və video işi mövzusu üzrə nəzəri və praktiki təlimlərin keçirilməsi planlaşdırılır. Onlayn təlimlərdə foto və video jurnalistikanın əsasları haqqında məlumatın verilməsi, müasir texnologiyalarla foto işinin və videoçarxların hazırlanması texnikasının öyrədilməsi, foto və video jurnalistikanın tarixi, foto və video çəkilişlərin texnikası, foto və video apparatlar haqqında məlumat və digər müvafiq informasiyalar veriləcəkdir. Təlim innovativ metodlar və diskussiya formatında keçiriləcək.

Təlim qruplarına 15-23 yaş arasında fəal yeniyetmə və gənclər cəlb ediləcək. Təlimdən sonra maraqlı foto və videolar çəkib layihənin icraçılarına təqdim edənlər arasından ən maraqlıları seçiləcək və onların nümayişi təşkil olunacaqdır.

Onlayn təlimdə iştirak etmək istəyənlər https://form.jotform.com/203560686433457 linə daxil olub, müraciət ərizəsinin dolduraraq göndərməlidirlər.

Müraciətin son tarixi 03 yanvar 2021-ci il.

Əlavə məlumat üçün: [email protected]

TƏLİMDƏ İŞTİRAK ÖDƏNİŞSİZDİR.

FƏAL İŞTİRAKÇILAR SERTİFİKATLA TƏLTİF EDİLƏCƏKLƏR.

*Yalniz təşkılatçılar tərəfindən dəvət alan şəxslər təlimdə iştirak edə biləcəklər.

Bir cavab yazın

Back to top button