“Gənclərin Motivasiya Forumu”-GMF 2020 keçiriləcək

Sabunçu Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Motivasiya Forumu”-GMF 2020 keçiriləcək.

“Gənclərin Motivasiya Forumu”nun keçirilməsində məqsəd gənclərin uğura təşviqi, peşəkar motivatorlar vasitəsilə gənclərdə yaranmış ruh düşkünlüyünün aradan qaldırılması, şəxsi nizam-intizam vərdişlərinin formalaşdırılması, karantin müddətində gənclərin sosial və fərdi inkişafına təkan verməkdir.

Forumun spikerləri “KarnegiKlub”un rəhbəri, Biznestəlimçi və Couch Nəcəf Allahverdiyev, Etika Akademiyasının rəhbəri Günel İbrahim, Heydər Əliyev adına müasir təhsil kompleksinin direktor müavini, psixoloq, pedaqoq və təlimçi Anar Məmmədov, Türkiyənin motivasiya əkizləri Mustafa və Kamal Altıntaşdır.

Nəzərinizə çatdıraq ki, “Gənclərin Motivasiya Forumu”- GMF 2020 28 iyun tarixində saat 18:00-da “ZOOM” proqramı vasitəsilə onlayn şəkildə keçiriləcək. Forumun sonunda iştirakçılar sertifikatla təltif olunacaq.

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/3F3CP3VhDLCQQaTZ6

Qeyd edək ki, Sabunçu Gənclər Evi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən sosial xidmət müəssisəsidir. Gənclər evinin əsas hədəfləri gənclərin sosial və fərdi inkişafına nail olmaq, demokratik iştirakçılığı gücləndirmək, sağlam gənclik mühitini formalaşdırmaq, intellektual gənclik yetişdirmək, gənclərdə sosial məsuliyyətin formalaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkilidir.

Bir cavab yazın

Back to top button