“Gənclərin Onlayn Yay Məktəbi” layihəsi keçiriləcək 

Əziz Gənclər!

 

Yay tətilinizi daha maraqlı və səmərəli keçirməyiniz üçün yeni layihəyə start veririk

 

Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzi-nin birgə təşkilatçılığı və AzerKitab-ın tərəfdaşlığı ilə “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibətilə “Gənclərin Onlayn Yay Məktəbi” layihəsi keçiriləcək

 

“Gənclərin Onlayn Yay Məktəbi” 6-12 avqust 2020-ci il tarixlərində ZOOM proqramı üzərindən canlı yayım şəklində təşkil olunacaq

 

Tam 7 gün (6-12 avqust, 2020) müddətində sizi onlayn formada müxtəlif maarifləndirici mövzularda təlim, görüş və vebinarlar, səhər idmanı və xarici dil danışıq dərsləri, film axşamları, intellektual və əyləncəli oyunlar, hədiyyələr  və yeni dostlar gözləyir

 

“Gənclərin Onlayn Yay Məktəbi” layihəsinin keçirilməsində məqsəd:

Gənclərin asudə vaxtının-yay tətilinin səmərəli təşkili;

Gənclərin sosial və fərdi inkişafına təkan vermək;

Gənclərdə sosial və fərdi bacarıqların üzə çıxarılması;

 

Layihəni uğurla başa vuran #gənclər Sabunçu Gənclər Evi tərəfindən sertifikatla təltif olunacaqlar

 

QEYD! “Gənclərin Onlayn Yay Məktəbi” layihəsində iştirak üçün yaş həddi 14-29-dur.

 

“Gənclərin Onlayn Yay Məktəbi”ndə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir!!!

Qeydiyyat linki

https://forms.gle/rSWARPkqR1PejoVQ9

 

Son qeydiyyat tarixi: 3 avqust, 2020-ci il

 

Bir cavab yazın

Back to top button