“Gənclərin Online Liderlik Məktəbi” layihəsi

Binəqədi Gənclər Evi Pandemiya dövründə “Gənclərin Online Liderlik Məktəbi” layihəsinə START verdi!

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı  ilə “Gənclərin Online Yay Liderlik Məktəbi” layihəsinə start verəcək!

Layihənin əsas məqsədi:

1.Gənclərin liderlik qabiliyyətini inkişaf etdirəcək;

2.Asudə vaxtlarını səmərəli və faydalı dəyərləndirəcək;

3.#Evdəqalaraq şəxsi inkişaflarını təkmilləşdirəcək.

 

Qeyd edək ki, möhtəşəm layihə 3 istiqamətdə baş tutacaq:

1.Layihə yazılması və idarə olunması;

2.Motivasiya yönümlü uğurlu Gənclərlə  görüşlərin təşkil olunması;

3.Əsas həyat bacarıqları istiqamətində təlimlərin keçirilməsi.

 

Avqust-sentyabr aylarında keçirilməsi nəzərdə tutulan  “Gənclərin Online Yay Liderlik Məktəbi” layihəsinin son mərhələsində Gənclər arasında müsabiqə təşkil olunacaq!

Müsabiqənin əsas mahiyyəti, gənclərin ideya və təkliflərinin layihə şəklində qəbul edilməsi və qiymətləndirilməsindən ibarət olacaq.

Sonda layihəni uğurla bitirən Gənclər  sertifikatla təltif olunacaq.

Qeydiyyat linki:

LİNK

Son qeydiyyat tarixi: 2 avqust 2020, saat 18:00

Bir cavab yazın

Back to top button