“Gənclərin Online Liderlik Yay Məktəbi” layihəsi davam edir

Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan “Gənclərin Online Liderlik Yay Məktəbi” layihəsi davam edir!

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı  ilə keçirilən  “Gənclərin Online Liderlik Yay Məktəbi” artıq bir aydır onlayn formatda davam edir!

Layihənin davam etdiyi müddətdə (04 avqust-07 sentyabr 2020-ci il) müxtəlif mövzularda ✔13 vebinar təşkil olunub.

Ümumilikdə ✔26 saatı əhatə edən vebinarlarda ✔80 gənc iştirak edib.

Qeyd edək ki, layihə müddətində Gənc liderlər Şəhidlərimizin adını daşıyan ✔5 komandaya bölünərək, fəaliyyət göstərib.

✔Yaşar Babayev

✔İlqar Mirzəyev

✔Polad Həşimov

✔Mübariz İbrahimov

✔Raquf Orucov

 

Əsasən, gənclərin liderlik qabiliyyətinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli və faydalı dəyərləndirilməsinə yönəlmiş möhtəşəm layihədə:

Təlimçi, konsultant Anar Məmmədov, Binəqədi Gənclər Evinin əməkdaşı və psixoloqu Ofelia Əliyeva, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Zeynal Rəşidli, Karyera psixoloqu və  AT-Geotecdə mütəxəssis Orxan Mahmudov, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Mahmud Məmmədzadə, Prezident Mükafatçısı və Azərbaycanda ilk dəfə Sosial Sahibkarlıq Nominasiyası Mükafatının qalibi Sara Rəcəbli, ABŞ-ın State University of New York Plattsburght tələbəsi Aysun Axundlu, Binəqədi Gənclər Evinin əməkdaşı və təlimçisi Üzeyir Mustafayev, Yoqi və meditator  Kənan Məmmədov, Gənc startapçı və marketinq üzrə mütəxəssis  Fərid Məhərrəmli, Brendiq strategiyası üzrə təlimçi Bəhman Hüseynli və Public Speaking Platformun təsisçisi, direktoru Əli Nurməmmədovun vebinarları keçirilib.

 

Layihə müddətində  “Karyera və motivasiya”, “Əsas Həyat Bacarıqları”, “Layihə yazılması”, “Xaricdə təhsil”, “Xarici dil” və “Sağlamlıq” istiqamətlərində  “Sosial sahibkarlıq”,”Layihə yazılması və idarəedilməsi”, “Komanda quruculuğu və düzgün qərarın qəbul edilməsi”,”Müsahibədən necə uğurla keçməli?”,”Yoqa və sağlamlıq”, “Konfiliktlərin və stresin idarə olunması”,”Brendinq strategiyası”, “Biznesin idarə olunması və inkişafı”,”Karyera psixologiyası və gələcək karyeramız”, “Hər şey öz əlinizdədir” və s. mövzularda vebinarlar təşkil olunub.

 

Layihənin növbəti mərhələsində isə komandalar  arasında“Şahmat turniri”“Xəmsə Milli İntellektual Oyun”,”Futbol” yarışları və “Ən yaxşı layihə” müsabiqəsi keçiriləcək.

 

Qeyd edək ki, layihə pandemiya dövrünü nəzərə alaraq, onlayn formatda “Zoom” tətbiqi vasitəsilə təşkil olunur.

Bir cavab yazın

Back to top button