Çərşənbə axşamı, 22 İyul, 2025

“Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib


  • Dərc edildi: 6 Oktyabr, 2021 - 13:19
“Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib

“Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib “İrəli” İctimai Birliyi gənclərin siyasi, iqtisadi və humanitar sahələrdə biliklərini artırmaq, onların hərtərəfli inkişafı və maarifləndirilməsinə dəstək olmaq, o cümlədən, ölkə gəncliyinin cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədi ilə müxtəlif növ tədbirlər həyata keçirir. Birliyin təşkilatçılığı ilə baş tutan “Gənclərin Siyasi Savadlılığının Artırılması” layihəsi çərçivəsində təlim proqramına start verilib. Proqram boyunca ümumilikdə 20 nəfər gənc 10 fərqli mövzuda nüfuzlu dövlət və ictimai xadimlərin iştirakı ilə vörkşoplarda, müxtəlif növ siyasi nəzəriyyə və diskussiya formatında seminarlarda iştirak edəcəklər. Layihənin əsas məqsədi gənclərin siyasi və diplomatik sahədə biliklərinin artırılması istiqamətində töhfələr vermək, beynəlxalq layihələrdə və tədbirlərdə ölkəmizin təmsilçiliyində daha hazırlıqlı olmasına kömək etmək və onların qərar qəbulu prosesində iştirakçılığına nail olmaqdır. Xatırladaq ki, təşkilat tərəfindən bu istiqamətdə indiyədək “Gənclərin Simulyasiya Akademiyası”, “Nəzər Nöqtəsi”, “Virtual Məkanda Azərbaycan” layihələri çərçivəsində gənclərin müxtəlif mövzularda həm özəl, həm də dövlət sektorunda qarşılaşa biləcəyi problemlərin simulyasiya oyunları şəklində müzakirəsi təşkil edilib, rəqabətədavamlı və Azərbaycan reallıqlarına dərindən hakim olan gənclərin yetişdirilməsi məqsədilə müxtəlif mövzularda təlimlərin keçirilməsi təmin edilib. “İrəli” İctimai Birliyi bundan sonra da ölkədə rəqabətədavamlı gəncliyin formalaşması və gənclərin hərtərəfli inkişafı sahəsində tədbirlərini davam etdirəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 112
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 56
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4189
Sumqayıt Dövlət Univ...