Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinə qeydiyyat başladı!

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Yerli” layihəsinə qeydiyyat başladı!

Layihəyə əsasən, ölkəmizin regionlarında (kəndlərdə) yaşayan 200 nəfər gəncin İnformasiya Texnologiyaları sahələrində bilik və bacarıqlarının artırılmasına dəstək çərçivəsində təlimlər təşkil ediləcək.

Təlimlər peşəkar mütəxəssislər tərəfindən aşağıdakı mövzular üzrə tam #ödənişsiz olaraq, şəhər/rayonlardakı Gənclər Evlərində təşkil ediləcək:

- Veb proqramlaşdırma təlimi;

- Android və ya İOS proqramlaşdırma təlimi;

- Microsoft Office təlimi;

- Qrafik dizayn təlimi;

- IT dəstək “Help Desk” təlimi;

- Sosial Media Marketinq təlimi.

Təlimdə iştirak etmək istəyənlər mayın 24-dən 31-dək (saat 10:00-18:00) aşağıda qeyd edilən linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər.


Qeyd: Təlimdə iştirak etmək istəyən şəxslərə onlayn qeydiyyat zamanı 2 ədəd seçim təqdim edilir. Qeydiyyat zamanı birini əsas ixtisas, digərini isə ikinci ixtisas olaraq mütləq seçməlisiniz. Seçdiyiniz əsas ixtisas üzrə yaşadığınız rayonda yetərli sayda iştirakçı yığılmadığı təqdirdə sizə seçdiyiniz ikinci ixtisas üzrə dəvət göndəriləcək.

Təlimlər 3 ay müddətində (iyul-sentyabr) davam edəcək, dərslər həftəiçi keçiriləcək. Təlimlərdə iştirak etmək istəyən şəxslər iyunun 5-də saat 11:00-13:00 arasında təməl kompüter biliklərini ölçən onlayn imtahanda mütləq iştirak etməlidirlər. Onlayn seçim imtahanında yüksək nəticə əldə edən şəxslər layihədə iştirak etmək hüququ qazanacaqlar.

Onlayn seçim linki imtahandan öncə layihəyə müraciət zamanı qeyd etdiyiniz e-mail ünvanına və ya whatsapp nömrənizə göndəriləcək.

Qeydiyyat zamanı yaranan suallarınızla bağlı Şahin Abbasəliyevlə (telefon: 050 721-15-81) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Hər birinizə uğurlar arzulayırıq!


__________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az