4 Fevral 15:04

“GəncLİK üçün Danış!” Gənclər Forumu keçirilib!

Binəqədi Gənclər Evi tərəfindən “2 fevral – Azərbaycan Gənclər günü”nə həsr olunmuş “GəncLİK üçün Danış!” Gənclər Forumu keçirilib!

 

2 fevral 2020-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Binəqədi Gənclər Evi tərəfindən 200-dən çox gəncin iştirakı ilə “GəncLİK üçün Danış!” Gənclər Forumu keçirilib. Qeyd edək ki, Forum “2 fevral – Azərbaycan Gənclər Günü”nə həsr olunub və Binəqədi Rayon İcra Hakimiyyətində keçirilib.

Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev açılış nitqi edərək, Azərbaycan Gənclər siyasətindən, gənclər üçün yaradılan imkanlardan və Binəqədi Gənclər Evinin də bu imkanlar çərçivəsində gənclər üçün həyata keçirilən layihələrindən danışıb, 2019-cı ilin əsas nəticələrindən və 2020-ci ilin planları ilə bağlı məlumatlar verib.

Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon çərçivəsində gənclərlə olan fəaliyyətlərin vacibliyindən danışıb, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Rəvanə Həşimova isə çıxışı zamanı karyera istiqamətində bir çox layihələrin regionlarda da keçirilməsinin vacibliyini vurğulayıb. Binəqədi YAP Rayon Təşkilatının Gənclər Birliyinin sədri Anar Əliyev isə çıxışı zamanı gənclərin ölkə inkişafındakı rolunu vurğulayıb. UNICEF-in Azərbaycan Nümayəndəliyi, Gənclər və Yeniyetmələrin İnkişafı proqramının əməkdaşı Natiq Umarov UNICEF çərçivəsində Azərbaycanda keçirilən layihələrdən, bu layihələrin gənclər evindəki faəliyyət istiqamətindən danışıb.

Forumun ikinci hissəsində 3 istiqamət üzrə spiker çıxışlarına yer verilib: Anar Məmmədov – Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Direktoru “GəncLİK və Təhsil”; Sara Rəcəbli – Prezident Mükafatçısı və Azərbaycanda ilk dəfə Sosial Sahibkarlıq Nominasiyası Mükafatının qalibi “GəncLİK və Gənc Sahibkarlıq”; Nəcəf Allahverdiyev – KarnegiKlub Treninq Mərkəzinin rəhbəri “GəncLİK və Şəxsi İnkişaf” mövzusunda çıxış edib, gənclərlə fikir mübadiləsi aparıblar.

Forumun üçüncü hissəsində Cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq  Binəqədi Gənclər Evinin strateji fəaliyyələri ilə bağlı məlumatlar verilib, gənclərlə fikir mübadiləsi aparılıb. Daha sonra, 3 ay (28.10.2019-28.01.2020) davam edən “Könüllülük Akademiyası 2”(Gənc LiderlərimİZ) layihəsininin bağlanış mərasimi keçirilib. Gənclər üçün hazırlanan video-çarx izlənildikdən sonra, fərqlənən 40 aktiv könüllü rəsmi qonaqlar tərəfindən təltif olunublar.

Forum çərçivəsində, Binəqədi Gənclər Evinin 2020-ci il fəaliyyəti ilə bağlı gənclərin fikirləri, təklifləri, ideyaları alınıb, müzakirə olunub və bununla bağlı #BYF2020 müddətində xüsusi “Idea Box” istifadə olunub. Aktiv gənclərin və könüllülərin 2019-cı il fəaliyyətlər üzrə Binəqədi Gənclər Evi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması aparılıb.

Bəyən və paylaş