Çərşənbə axşamı, 1 İyul, 2025

"GəncliyimİZ" adlı foto jurnal nəşr olunacaq


  • Dərc edildi: 24 Noyabr, 2021 - 07:46
"GəncliyimİZ" adlı foto jurnal nəşr olunacaq

Azərbaycan gəncliyinin bacarığını, intellektini, enerjisini, bir sözlə gəncliyimizi ifadə edən fotoları bir jurnalda görmək istəyərdiniz? Bu məqsədlə Gənclər Fondu tərəfindən "GəncliyimİZ" adlı foto jurnal nəşr olunacaq. Jurnalda respublikanın bütün regionlarından olan gənclərin elm, təhsil, mədəniyyət, incəsənət, sahibkarlıq, Vətən müharibəsi, beynəlxalq sahədəki fəaliyyətləri və s. qısaca əks olunacaq. Əgər özünüzü, dostunuzu bu jurnalda görmək istəyirsinizsə və yaxud nə zamansa siz tərəfdən çəkilən, xüsusi hekayəsi olan foto varsa, aşağıda göstərilən tələblər çərçivəsində link vasitəsilə bizə göndərə bilərsiniz. Fotoların qəbulu başa çatdıqdan sonra tələblərə cavab verən ən yaxşı fotolar seçilərək "GəncliymİZ" jurnalında dərc olunacaq. Tələblər: • Fotonun ölçüsü

3000 piksel və həcmi 2 mb-dan az olmamalıdır; • Fotolar rəngli və jpg/jpeg formatında təqdim edilməlidir; • Göndərilən fotonun üzərində ad, nişan, simvol və ya loqo əlavə olunmamalıdır; • Göndərilən fotoların sayına məhdudiyyət qoyulmur; • Foto son 1 il ərzində çəkilməlidir; • Hər bir fotonun hekayəsi qeyd olunmalıdır (gəncin öz dilindən); • Yalnız keyfiyyətli fotolar qəbul ediləcəkdir. LİNK:https://youthfoundation.az/gencliyimiz/ Fotoların qəbulu üçün son tarix: 1 dekabr 2021-ci il saat 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 82
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 43
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 219
Məktəbəhazırlıq qrup...