"GəncliyimİZ" adlı foto jurnal nəşr olunacaq

Azərbaycan gəncliyinin bacarığını, intellektini, enerjisini, bir sözlə gəncliyimizi ifadə edən fotoları bir jurnalda görmək istəyərdiniz?

Bu məqsədlə Gənclər Fondu tərəfindən "GəncliyimİZ" adlı foto jurnal nəşr olunacaq. Jurnalda respublikanın bütün regionlarından olan gənclərin elm, təhsil, mədəniyyət, incəsənət, sahibkarlıq, Vətən müharibəsi, beynəlxalq sahədəki fəaliyyətləri və s. qısaca əks olunacaq.
Əgər özünüzü, dostunuzu bu jurnalda görmək istəyirsinizsə və yaxud nə zamansa siz tərəfdən çəkilən, xüsusi hekayəsi olan foto varsa, aşağıda göstərilən tələblər çərçivəsində link vasitəsilə bizə göndərə bilərsiniz.

advertisement Fotoların qəbulu başa çatdıqdan sonra tələblərə cavab verən ən yaxşı fotolar seçilərək "GəncliymİZ" jurnalında dərc olunacaq.

Tələblər:
• Fotonun ölçüsü 3000 piksel və həcmi 2 mb-dan az olmamalıdır;
• Fotolar rəngli və jpg/jpeg formatında təqdim edilməlidir;
advertisement • Göndərilən fotonun üzərində ad, nişan, simvol və ya loqo əlavə olunmamalıdır;
• Göndərilən fotoların sayına məhdudiyyət qoyulmur;
• Foto son 1 il ərzində çəkilməlidir;
• Hər bir fotonun hekayəsi qeyd olunmalıdır (gəncin öz dilindən);
• Yalnız keyfiyyətli fotolar qəbul ediləcəkdir.
advertisement
LİNK:https://youthfoundation.az/gencliyimiz/
Fotoların qəbulu üçün son tarix: 1 dekabr 2021-ci il saat 23:59

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az