“Gəncliyin səsi” festivalı keçiriləcək

2017-ci ilin 2 fevral – 6 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2 fevral Gənclər günü”-nə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcəkdir. Festival çərçivəsində Prezident təqaüdçülərinin konsertlərinin, sərgilərin, gənc ədiblərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Festival tədbirləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Kitabxana, Sumqayıt Dövlət Dram Teatrı, Masallı rayon “ASAN həyat” kompleksi, Sabirabad rayon Mədəniyyət Mərkəzində də keçiriləcəkdir.

 02.02.17 (Bakı şəhəri, Beynəlxalq Muğam Mərkəzi)

 Festivalın açılışı

15.00-  gənc Prezident təqaüdçülərinin konserti

gənc rəssamların sərgisi

 

02.02.17 (Bakı şəhəri, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

19.00 – Bakı “ASAN Xidmət” Mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin

“7 Məhbusə” tamaşasının premyerası

 

03.02.17 (Bakı şəhəri, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası)

 – gənc yazarlarla görüş

 

03.02.17 (Sumqayıt şəhəri, Sumqayıt Dövlət Dram Teatrı)

 18.00 – Sumqayıt “ASAN Xidmət” Mərkəzinin könüllülərinin həvəskar

tamaşasının premyerası

 

04.02.17 (Masallı rayonu, Mədəniyyət Evi, Masallı Dövlət Rəsm Qalereyası,

“ASAN həyat” kompleksi)

– gənc rejissorların filmlərinin nümayişi

– gənc rəssamların sərgisi

 

05.02.17 (Sabirabad rayonu, Mədəniyyət Mərkəzi)

 – Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert

– gənc rəssamların sərgisi

 

06.02.17 (Bakı şəhəri, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı)

 16:00 – Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin konserti

Bir cavab yazın

Back to top button