Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətləndirilməsi Təşkilatının (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” regional layihəsi çərçivəsində “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi cəmiyyətdə gender stereotiplərinin aradan qaldırılması və sosial izolyasiya şəraitində vaxtının çoxunu evdə keçirən kişilərin ev işləri və uşaq tərbiyəsi prosesində qadınları dəstəkləməsinin təşviqi məqsədilə icma əsaslı maarifləndirici sessiyalara start verir.

Layihə çərçivəsində gənc oğlanlar və kişilər üçün 16 gün ərzində davam edəcək məlumatlandırma sessiyalarının keçirilməsi planlaşdırılır. Zoom platforması üzərindən təşkil olunacaq onlayn sessiyalar zamanı ekspertlərin iştirakı ilə gender stereotipləri və onlarla mübarizə yolları müzakirə ediləcək.

“Gənc Psixoloqlar” İctimai Birliyi dəstəyi ilə baş tutacaq sessiyalarda iştirak etmək istəyənlər aşağıdakı keçid vasitəsi ilə qeydiyyatdan keçə bilərlər. Layihənin sonunda iştirakçılara sertifikat təqdim olunacaq.

Sessiyalar 20 sentyabr – 10 dekabr tarixlərində keçiriləcək.

Qeydiyyat linki: https://forms.gle/7eXPRZZ9Sn2LZR7LA

Müraciət üçün son tarix: 18 sentyabr 2020-ci il

Bir cavab yazın

Back to top button