Gender Bərabərsizliyinin Kişi və Oğlanlara Təsiri” müzakirəsi həyata keçiriləcək

“Gender Hub Azerbaijan” platformasının təşəbbüskarlığı ilə növbəti aktual mövzunun – “Gender Bərabərsizliyinin Kişi və Oğlanlara Təsiri” müzakirəsi həyata keçiriləcək.

Əvvəlki görüşlərin statistikasına əsasən deyə bilərik ki, gender bərabərsizliyi məsələsinin həllində qadınlar daha çox təşəbbüskarlıq göstəriblər. Lakin 21-ci əsrdə hələ də müəyyən şəkildə mövcudluğunu qoruyan gender bərabərsizliyi və bundan qaynaqlanan bir çox problemlər təkcə qadınlar üçün deyil, kişilər üçün də çətinliklər törətməkdədir.

Bu səbəblə də növbəti ictimai görüşümüzdə biz gender bərabərliyinin təmin olunmasında kişilərin rolu və gender bərabərsizliyinin, yazılmamış qanunların onlara hansı təsirlərinin olması məslələrinə toxunacağıq.

Görüşümüzün qonağı Rəşad Hüseynovdur. Gəlin spikerimizi daha yaxından tanıyaq.

Rəşad Hüseynov ictimaiyyətlə əlaqələr, diplomatiya və media sahələrində 20 ildən artıq təcrübəyə malikdir. Hazırda BMT-nin Qlobal Kommunikasiyalar Departamentinin Azərbaycan təmsilçisidir. Bundan əvvəl isə ATƏT-in Vyanadakı qərargahında, ATƏT-in Bakı Ofisində, İsrailin Azərbaycandakı səfirliyində, habelə ölkənin müxtəlif media orqanlarında çalışıb. Avropa İttifaqı və BMT-nin Əhali Fondu üçün konsultant xidmətləri göstərib. Rəşad Hüseynov siyasi elmlər üzrə fəlsəfə doktorudur. Evlidir, üç qız atasıdır.

Gender bərabərsizliyinə biganə qalmayan hər kəsi görüşdə iştirak etməyə və öz fikirlərini bizimlə bölüşməyə dəvət edirik!

Görüş haqqında məlumat:

Tarix: 15.09.2020 / 19:00 (GMT+4)

Mövzu:“Gender Bərabərsizliyinin Kişi və Oğlanlara Təsiri”
Moderator: Gənclərlə iş üzrə ekspert Məryəm Məcidova
Spiker : Rəşad Hüseynov, BMT-nin Global Kommunikasiyalar Departamentinin Azərbaycan Təmsilçisi

Qeydiyyat üçün link: https://bit.ly/2Z8DQRF

Qeydiyyat üçün son tarix: 15 sentyabr/ 18:00 (GMT+4)

Qeyd: Görüş ZOOM platforması üzərindən keçiriləcəkdir.

Bir cavab yazın

Back to top button