6 Dekabr 19:09

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası sona çatdı

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində 4 rayonda keçirilən seminar-təlimlər və veloyürüşlər Biləsuvarda sona çatdı.. BMT-nin Azərbaycan nümayəndəliyinin dəstəyilə regionlarda yeniyetmə və gənclər arasında velosiped idmanına marağı artırmaq və bu idman növündə gender bərabərliyini təmin etmək məqsədi ilə «Gənc Velosipedçilər» İctimai Birliyi,, Azərbaycan Velosiped İdmanı Federasiyasının və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı ilə «Sağlam həyata doğru: Velosiped idmanında gender bərabərliyi» mövzusunda 27 noyabr 2018-ci il tarixindən etibarən vətənimizin 4 rayonunu Mingəçevir, Qusar, Lənkəran və Biləsuvarı, ümumilikdə 1000 yaxın qız və oğlanları əhatə edən seminar-təlim və veloyürüşlər 5-6 dekabr tarixlərində Biləsuvar rayonunda başa çatmışdı. Seminar zamanı gənclərə, qadınların bu idman növünə cəlb edilməsi, velosiped idmanın gender əsaslı zorakılığa qarşı mübarizədə qızların və qadınların səlahiyyətlənməsində əhəmiyyətindən, bu idman növünün qadın reproduktiv sağlamlığında rolu və ondan düzgün istifadə qaydalarından bəhs edilib. Daha sonra gənc qızlara əyani olaraq velosiped üzərində praktiki təlimlər keçirilərək, diskusiyalar aparılıb, gəncləri və yeniyetmələri maraqlandıran suallar cavablandırılıb. Yeniyetmə və gənclərə bu idman növündən və qadın hüquqlarından bəhs edən kitablar və müxtəlif çap materialları paylanılıb. Yekunda 100 nəfərə yaxın qız və oğlanların iştirakı ilə veloyürüş keçirilib. Qeyd edək ki, layihə çərçivəsində Mingəçevir, Qusar və Lənkəranda da anoloji tədbirlər təşkil olunub.

Bəyən və paylaş

Rəylər

rəy(lər)