2 Dekabr 18:15

Gender Əsaslı Zorakılığa Qarşı Mübarizə

“Qadınlara qarşı zorakılıq insan hüquqlarının pozulmasının bəlkə də ən utancverici halıdır və bəlkə də ən geniş yayılmış olan halıdır. O, nə coğrafi, nə mədəniyyət, nə də zənginlik sərhədlərini tanımır. Bu hal davam etdikcə biz bərabərlik, inkişaf və sülh yolunda həqiqi irəliləyiş olduğunu iddia edə bilmərik.” – Kofi Annan, BMT Baş Katibi

Sizi “Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəaliyyət” çərçivəsində Bakı Amerika Mərkəzində keçiriləcək “Gender Əsaslı Zorakılığa Qarşı Mübarizə” adlı tədbirə dəvət edirik.

Gender əsaslı zorakılığa qarşı 16 Günlük Fəaliyyət, hər il 25 Noyabr Beynəlxalq Qadınlara Qarşı Zorakılığın Ləğvi Günü ilə başlayan və dekabrın 10-u İnsan Hüquqları Gününə qədər davam edən beynəlxalq kampaniyadır.

Tədbirdə müxtəlif sahələrdən dəvət olunmuş mütəxəssislər gender əsaslı zorakılıq nədir və onun yaranma səbəbləri, buna aparan yollar, zorakılığa qarşı mübarizə, psixoloji və hüquqi yardım alma haqqında auditoriyanı məlumatlandıracaq və gələcəkdə belə hallarla qarşılaşdıqda nə etmək lazım olduğu haqqında məsləhətlər verəcəklər.

Tədbirin aparıcısı:

Elmir Əkbər – Psixoterapevt, Psixoanalitik, V. M. Bexterev adına Psixonevroloji Araşdırmalar İnstitutunun məzunu və Azərbaycanda nümayəndəsi və koordinatoru, ABŞ Dövlət Departamentinin IVLP (International Visitor Leadership Program ) proqramının, Vyana (Avstriya) Psixoterapiya və Moskva Psixoanaliz İnstitutlarının məzunu

Tədbir hər kəs üçün açıq olacaqdır, iştirak ödənişsizdir!

İştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək lazımdır!

https://forms.gle/pAGUFDbLqLvLiVg36

📆 6 Dekabr, 2019
🕕 17:00
📍 R. Behbudov küç., 134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə
☎️ (012) 441 36 80 / 441 22 79 (124)
📧 [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)