31 Mart 09:55

Gender Güzgüsü Teatrı

Sizi, Niderland Krallığının Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi və Y-PEER Azərbaycan Şəbəkəsi tərəfindən təşkil olunan Gender Güzgüsü sosial tamaşasına dəvət etməkdən qürur duyuruq.

Tamaşa Gender Güzgüsü layihəsi çərçivəsində Bərdə və Bakıda yaşayan gənclər tərəfindən birlikdə hazırlanıb və Azərbaycanda olan gender əsaslı çətinlikləri özündə əks etdirir.

Tamaşanı ifa edən gənclər Y-PEER Azərbaycanın keçirdiyi təlimlər vasitəsi ilə gender mövzusu haqqında məlumatlanmış və bir neçə gün ərzində sosial teatr texnikalarını təcrübədən keçirmişlər.

Tarix: 8 Aprel 2018-ci il
Vaxt: 17:00-18:00
Məkan: Hilton Baku oteli

Tamaşa nümayişindən sonra keçiriləcək müzakirədə iştirak edərək prosesə öz töhfənizi verə bilərsiniz. Müzakirələri qeyri-formal şəkildə təqdim olunacaq qəlyanatlı və içkilər ətrafında da davam etdirməyə dəvətlisiniz.

Bəyən və paylaş