Gender Hub Azerbaijan komandası könüllü psixoloq qəbulunu açıq elan edir

Könüllü Psixoloqlar axtarırıq
Zorakılıq qurbanları gender-əsaslı zorakılıq nəticəsində zərər çekimiş qadınlar və uşaqlardır. Zorakılıq fiziki, psixoloji, iqtisadi və cinsi formalarda tətbiq olunur və əsasən də qadınlara və yeniyetmə qızlara qarşı törədilir. Bizlər Gender Hub Azerbaijan komandası olaraq məişət zorakılığına qarşı mübarizə məqsədi ilə zorakılığa məruz qalan qadınlara ödənişsiz şəkildə psixoloji və hüquqi dəstək göstəririk. Bu səbəbdən, zorakılığa məruz qalmış şəxslər üçün komandamıza könüllü əsaslarla fəaliyyət göstərəcək psixoloqlar axtarırıq. Psixoloqdan gözləntilər: • Zorakılığa məruz qalmış şəxslərlə ilkin konsultasiya aparmaq; • İlkin ehtiyacları dəyərləndirmək və bununla bağlı komandanın digər üzvləri (sosial işçilər və hüquqşünaslar) ilə kommunikasiya qurmaq; • Ehtiyac olduğu təqdirdə seans təşkil etmək (minimum həftəfə 2 dəfə olmaqla) • Seans zamanı digər komanda üzvlərinin işlərinə dəstək olmaq məqsədilə zorakılığa məruz qalmış şəxslərlə bağlı lazımi məlumatları ötürmək; • Pasientlə daim əlaqə saxlamaq, prosesi izləmək və yeniliklərlə bağlı proseslə yaxından maraqlanan digər şəxsləri məlumatlandırmaq • Sosial işçilər və hüquqşünaslarla zorakılığa məruz qalmış şəxslərlə düzgün üsniyyət üçün əsaslı məlumatları bölüşmək; Qeyd: Müraciətçilər psixologiya ixtisasında təhsil alan və ya məzun olan şəxslər olmalıdırlar. Gender Hub Azerbaijan komandasına qoşulan yeni üzvlər hazırki şəraitdə onlayn və oflayn fəaliyyət göstərəcəkdir. Fəaliyyət vaxtları komanda üzvlərinə uyğun müəyyən ediləcəkdir.
Qeydiyyat üçün link: https://bit.ly/3DlUXBN

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az