3 İyun 12:13

“Gender məlumatlarından istifadə üzrə mükafatlar təşəbbüsü” müsabiqəsi

ELAN!

Birləşmiş Millətlər Təşkilatının (BMT) Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumunun Asiya və Sakit okean ölkələri üzrə Regional Ofisi tələbələr üçün “Gender məlumatlarından istifadə üzrə mükafatlar təşəbbüsü” müsabiqəsinə proyektlərin qəbulunu açıq elan edir.

Proyektlərin qəbulu üçün son tarix: 20 oktyabr, 2019-cu il 
Mükafat haqqında:

“Gender məlumatlarından istifadə üzrə mükafatlar təşəbbüsü” müsabiqəsinin əsas məqsədi müxtəlif media məhsullarından istifadə edərək gender məlumatlarını vizual formada çatdıran və gender bərabərliyi haqqında hekayələri hazırlayan tələbələri tanımaqdır. Mükafat müxtəlif dayanıqlı inkişaf sahələri üzrə gender bərabərliyinə fokuslanıb. İştirakçılar gender bərabərsizliyi və ya genderlə bağlı problemləri bir və ya daha çox DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ üzərindən gender məlumat bazalarından istifadə edərək araşdırmalıdır.

Əsas tələblər:

• Müsabiqə Asiya və Sakit okean ölkələrindən olan bütün dövlət və özəl universitetlərin tələbələri üçün açıqdır
• Müsabiqədə ya individual ya da qrup şəklində (qrupda maksimum 3 nəfər olmaq şərtilə) iştirak etmək olar
• Tələbələr orijinal işlər təqdim etməlidir
• Yalnız ingilis dilli proyektlər qəbul olunur

Məzmun:

– Formatından asılı olmayaraq müsabiqədə iştirak edəcək proyektlər gender bərabərliyi problemləri ilə əlaqədar olmalı və genderlə bağlı məlumat bazasına əsaslanmalıdır.
– İstifadə olunmuş məlumat bazası istifadəyə açıq mənbə olmalıdır, əgər mənbə açıq deyilsə, tələbənin həmin mənbədən istifadə etməsi üçün icazəsi olmalıdır. Həmçinin tələbələrin rəsmi statistika mənbələrindən istifadəsi önəmlidir.
– Qeyri-ənənəvi məlumat mənbələrinin istifadəsi (məsələn, böyük məlumat bazalarından istifadə) qəbul olunacaq.
– Tam təsadüfi, yoxlanılmamış, standartlara uyğun olmayan məlumat bazalarından istifadə arzuolunan deyil
– Proyektin mövzusu orijinal olmalıdır.
– Müsabiqəyə hələ də üzərində iş gedən proyektlər (yalnız heç yerdə dərc olunmadığı halda) də daxil edilə bilər.
– Tələbələrə insanları dəvət edərək və ya ödəniş edərək işin kiminsə icra etməsinə icazə verilmir.
– Proyektdə istifadə olunacaq bütün görüntülərin və ya informasiyanın müəllif hüquqları qorunmalı, müəlliflərlə razılaşdırılmalıdır.
– Plagiatlıq ciddi qanun pozuntusudur. Plagiatlığa görə iştirakçıların işləri yetərsiz sayılacaq
– Təqdimat iştirakçıları öz işlərini təqdim edərkən Birləşmiş Millətlər Təşkilatının tədbirlərində və ya saytlarında işlərinin nümayiş olunması imkanı ilə razılaşırlar

Təqdim olunacaq işlərin formatı:

– Araşdırma reportaj / soyuq xəbər məqalələri və ya fiçerlər (4000-6000 sözdən ibarət yazı, fotolar və infoqrafiklər də əlavə olunmaq şərtilə)
– Qısa formatda video reportajlar (videonun uzunluğu 10 dəqiqədən çox olmamalıdır)
– Veb-sayt (Multimedia elementləri ilə birgə 3000-7000 sözdən ibarət yazı. Məsələn, mətn, video, fotolar, qrafiklər, sxemlər və s.)
– Broşüra (hər broşüra 6 səhifəlik olmalı, içində 3000-6000 sözdən ibarət mətn, fotolar, infoqrafiklər və s. olmaq şərtilə)
– İnnovativ layihə (yeni və ya inkişaf edən rəqəmsal alətlərdən istifadə etmək şərtilə informativ məzmunu daha innovativ yanaşmalarla çatdırmaq / auditoriyanı xəbərlərlə təmin etmək)
İşlərin təqdim olunması:
İştirakçılar öz işlərini aşağıdakı elektron poçt ünvanına göndərməklə təsdiq edə bilərlər: [email protected]omen.org
Hər bir iş aşağıdakıları əhatə etməlidir:
– Müəlliflərin adları, soyadları
– Müəlliflərin kontaktları (yaşadığı ünvan, əlaqə nömrələri, elektron poçt ünvanları)
– Doğum tarixi
– Tələbənin təmsil etdiyi ali məktəb, oxuduğu proqram, ixtisas haqqında məlumatlar
– Proyektə aid bütün materiallar (məsələn, əgər proyekt xüsusi mənbələrə aid linkləri əhatə edirsə, bu cür mənbələr də proyektlə birgə təqdim olunmalıdır)

Mükafatların verilməsi:

• Qaliblərə elektron poçt vasitəsilə xəbər veriləcək və qaliblərin adları 2019-cu ilin oktyabrın sonunda elan ediləcək.
• Qaliblər bir günlük səfər və təqdimat üçün Tailanda – BMT-nin Bankqoqdakı regional qərargahına dəvət olunacaq. Səfər və qalmaq xərcləri BMT Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu tərəfindən qarşılanacaq.
• Mükafatlar bu meyarlara görə veriləcək:
– innovativlik
– güclü mesaj daşıyıcısı olmaq
– rəsmi statistika məlumatlarından istifadə dərəcəsi
– gender bərabərliyinin pozulması ilə bağlı məlumatların ekspert və ya qeyri-ekspert auditoriyalarına çatdırılma gücü (Dayanıqlı İnkişaf Məqsədləri və əlaqədar sahələr çərçivəsində)

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)