12 İyun 16:01

Gender Məsələlərinin Həlli üçün Teatr Əsaslı Təlim

Əziz Gənclər,

Y-PEER Azərbaycan – Gənc Həmyaşıd Təhsili Şəbəkəsi sizi “Gender Məsələlərinin Həlli üçün Teatr Əsaslı Təlim” ə müraciət etməyə dəvət edir. Əgər siz aşağıdakı kriteriyaların hər birinə uyğunsunuzsa və sözügedən təlimdə iştirak etmək istəyirsinizsə, bu müraciət formunu doldurmağa dəvətlisiniz:

– Buzovna və Şüvəlan ətrafında yaşayan şəxs;

– 18-25 yaş aralığında olan şəxs;
– Teatr texnikalarını öyrənmək və bunu tətbiq etməkdə maraqlı olan şəxs;
– Təlimin hər günü, bütün saatlarda iştirakını təmin edə biləcək şəxs.

İştirakçılar təlim nəticəsində sosial teatr tamaşası hazırlayacaq və nümayiş etdirəcəklər.
Gender Məsələlərinin Həlli üçün Teatr Əsaslı Təlim Y-PEER Azərbaycan Gənc Həmyaşıd Təhsili Şəbəkəsinin təşkilatçılığı, İsveçrə səfirliyi nəzdindəki İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə Xəzər Gənclər Evində həyata həyata keçiriləcək. Təlimin əsas məqsədi, Bakı ətrafında yaşayan gənclərin gender bərabərliyi və zorakılıq mövzusunda biliklərini artırmalarına kömək olmaq, eyni zamanda bu bilikləri sosial teatr vasitəsi ilə öz həmyaşıdlarına, icma üzvlərinə çatdırmalarına dəstək verməkdir.

Təlimin keçirilmə tarixləri: 24-28 İyul.
Təlimin keçirilmə yeri: Xəzər Gənclər Evi
Müraciət üçün son tarix: 16 İyul, 23:59.

Seçim nəticələri ilə bağlı yalnız seçilmiş müraciətçilərə məlumat veriləcəkdir.

Əlavə məlumat üçün layihənin koordinatoru Səadət Abdullazadə ilə əlaqə saxlaya bilərsiniz:
[email protected]

Müraciət üçün aşağıdakı linkə daxil ola bilərsiniz: LİNK

Bəyən və paylaş