6 Noyabr 18:26

“Gender və İnsan Hüquqları”

MİL Gender Klubu 8 noyabr saat 15:00-da Ruslan Əliyevin təqdimatında “Gender və İnsan Hüquqları” mövzusunda seminar həyata keçirəcək.

Gender hər kəsin həyatına kompleks şəkildə incə və açıq yollarla təsir edir. Bizim cinsəlliyimiz və cinsi identifikasiyamız insan təbiətinin ayrılmaz aspektləridir. Cins, gender, cinsi identifikasiya və cinsəllik bir-birindən fərqli anlayışlardır və çox zaman onlar qarışdırılır. Bizim tədbirimiz Gender və İnsan Hüquqları haqqında olacaq. Gender bərabərliyi fundamental insan hüququdur. Buna baxmayaraq, insanlar tez-tez özlərinin cinsi identifikasiyasına və orientasiyasına görə diskriminasiyaya məruz qalır. Genderlə bağlı pozulan əsas insan hüquqlarına iştirak hüququ, gender əsaslı zorakılıq, silahlı münaqişələr və yoxsulluq, eləcə də cinsi və reproduktiv hüquqlar daxildir. Tədbirimizin qonağı hüquqşünas Ruslan Əliyev bu hüquqlar haqqında geniş şəkildə və nümunələrlə danışacaq.

Ruslan Əliyev 1988-ci il 30 apreldə Sumqayıt şəhərində anadan olub. 2005-2009-cu illərdə Dövlət İdarəçilik Akademiyasını Siyasi İdarəçilik ixtisası üzrə bitirib. Bir neçə QHT-lərdə və İB-lərdə hüquqşünas kimi fəaliyyət göstərib. ATƏTT-in Bakı ofisində ekspert-məsləhətçi kimi işləyib. Bakı ətrafı rayonlarda Prokurorluğda könüllülük prinsipi ilə prokuror köməkçisi vəzifəsində də çalışıb. Hazırda RATİ-in hüquqşünasıdır.

Qeyd: Seminar ödənişsizdir, iştirak üçün qeydiyyat formunu doldurmağınız kifayətdir:
http://goo.gl/forms/38UiAujgwG

Tarix: 08.11.2015
Saat: 15:00
Məkan: Gənclər Evi
Əlaqə nömrəsi: 0504321939

Bəyən və paylaş

Rəylər

rəy(lər)