#
12 İyun 15:23

Gender Və Reproduktiv Sağlamlıq Mövzusunda Teatr əsaslı Təlim

2018-ci ildən GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİ – BMT GƏNCLƏR EVİ BİRGƏ TƏŞƏBBÜS LAYİHƏSİ həyata keçirilməyə başlanmışdır. Bu layihə çərçivəsində müxtəlif BMT qrumları Gənclər Evlərinə dəstək üçün prioritet mövzularla bağlı təlim proqramlarına start vermişdir.
Ümumiyyətlə, Gənclər və İdman Nazirliyi-BMT Gənclər Evləri Təşəbbüsünün Gənclər və Yeniyetmələrin sağlamlığı və rifahı ilə bağlı olan hissəsinin əsas məqsədi gənclərin cinsi və reproduktiv sağlamlığı və hüquqları haqqında məlumatlılığının artırılmasına yardım etməkdən ibarətdir. Bununla yanaşı, məqsədə cinsi seçici abortlara güclü diqqət göstərməklə gender əsaslı zorakılıqla mübarizə üzrə müvafiq biliklərin çatdırılması daxildir. Xüsusi məqsədləri aşağıdakı kimi göstərmək olar:
– Gənclərin və yeniyetmələrin sağlamlıq və rifah sahəsində maarifləndirilməsi, əsasən gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq və hüquqlara diqqət;
– İştirakçılara bilik və bacarıqları təqdim etməklə onları hazırlamaq, habelə onları ictimai fəallar olmaq üçün gücləndirmək, onları öz icmalarında dəyişiklik etmək üçün həvəsləndirərək təşviq etmək;
– Azərbaycanda Gənclər Mərkəzlərinin planlaşdırılmış fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etmək.

Gender və Reproduktiv Sağlamlıq Mövzusunda 5 günlük Teatr Əsaslı təlim Mingəçevir Gənclər evində həayata keçəcəkdir. Əgər siz aşağıdakı kriteriyaların hər birinə uyğunsunuzsa və sözügedən təlimdə iştirak etmək istəyirsinizsə, bu müraciət formunu doldurmağa dəvətlisiniz:

– Mingəçevirdə yaşayır və Gender və Reproduktiv Sağlamlıq sessiyalarında iştirak etmisənsə;
– Y-PEER Azərbaycanın Mingəçevirdə təşkil etdiyi öncəki teatr əsaslı təlimlərdə olmusansa;
– 18-25 yaş aralığındasansa;
– Teatr texnikalarını öyrənmək və bunu tətbiq etməkdə maraqlısansa;
– Təlimin hər günü, bütün saatlarda iştirakını təmin edə biləcəksənsə.

Təlimin keçirilmə tarixləri: 7-11 İyul.
Təlimin keçirilmə yeri: Mingəçevir Gənclər Evi
Müraciət üçün son tarix: 1 İyul, 23:59.

Əlavə məlumat üçün təlim əlaqələndiricisi Səadət Abdullazadə ilə əlaqə saxlaya bilərsiniz: [email protected]

Təlimə müraciət etmək üçün aşağıdakı qeydiyyat formunu doldura bilərsiniz

Form

Bəyən və paylaş

Rəylər

rəy(lər)