“Gender və reproduktiv sağlamlıq” mövzusunda yeniyetmələr üçün onlayn təlim keçiriləcək

Xəzər Gənclər Evi olaraq onlayn şəkildə layihələrimizə davam edirik!

Bu dəfə “Gender və reproduktiv sağlamlıq” mövzusunda 14-18 yaş arası yeniyetmələr üçün onlayn təlim keçiririk.
Təlimlər Zoom proqramı vasitəsilə,
6, 7, 8 Avqust tarixlərində, saat 14:00-da keçiriləcəkdir.

Layihənin məqsədi gənclərin cinsi və reproduktiv sağlamlığı və hüquqları haqqında məlumatlılığının artırılmasına yardım etməkdən ibarətdir.
Ümumilikdə layihənin məqsədi aşağıdakı istiqamətlərdən ibarətdir:

Gənclərin və yeniyetmələrin sağlamlıq və rifah sahəsində maarifləndirilməsi, əsasən gender bərabərliyi, cinsi və reproduktiv sağlamlıq və hüquqlara diqqət;

İştirakçılara bilik və bacarıqları təqdim etməklə onları hazırlamaq, habelə onları ictimai fəallar olmaq üçün gücləndirmək, onları öz icmalarında dəyişiklik etmək üçün həvəsləndirərək təşviq etmək;

Azərbaycanda Gənclər Mərkəzlərinin planlaşdırılmış fəaliyyətinin səmərəliliyinin artırılmasına yardım etmək.

Qeyd edək ki, təlimlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNFPA və Y-PEER- nin birgə tərəfdaşlığı, Xəzər Gənclər Evinin təşkilatçılığı ilə həyata keçirilir.

Hər 3 təlimdə iştirak edən iştirakçılar sonda sertifikatla qiymətləndiriləcək.

Qeydiyyatdan üçün whatsapp qrupuna qoşulmaq kifayətdir:
https://chat.whatsapp.com/FDFIKkMcW6bFRxA9uvSfLN

Bir cavab yazın

Back to top button