“Geologiya və geofizikada innovasiyalar” mövzusunda konfrans keçiriləcək

“Geologiya və geofizikada innovasiyalar” mövzusunda konfrans keçiriləcək

5-8 oktyabr 2021-ci il tarixlərində AMEA-nın Geologiya və Geofizika İnstitutunun təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Geologiya və geofizikada innovasiyalar” mövzusunda gənc alim və tələbələrin VIII ənənəvi beynəlxalq elmi konfransı keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd geologiya və geofizika sahəsində tədqiqat aparan gəncləri bir araya gətirməkdir.

Elmi tədbir “Yer qabığının araşdırılmasında yeni yanaşma və metodlar”, “Geoloji və geofiziki problemlərin həllində informasiya texnologiyaları”, “Yer tarixinin dövrləşdirmə problemləri və geoloji hadisələrin əlaqəsi”, “Karbohidrogen və filiz-maqmatik sistemlər”, “Kompüter elmləri və geologiyası – Yer qabığının maddi və struktur təkamülünün geodinamik qanunauyğunluqları” kimi istiqamətləri əhatə edəcək.

Konfransda iştirak etmək üçün buradan qeydiyyatdan keçə bilərsiniz.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir