16 Sentyabr 21:32

Geyimdə bir ənənə : Yukata şou

Əziz Yaponiya və bu ölkənin mədəniyyətini sevənlər, sizləri  yapon.az saytının təşkilatçılığı ilə keçiriləcək “ Geyimdə bir ənənə : Yukata şou ” tədbirinə dəvət edirik. 

ADA Universiteti və The Secret Business Academy-nin dəstək olduğu  “Geyimdə ənənə: Yukata şou” adlı konsertimiz xeyriyyə məqsədi ilə keçirilir. Tədbirimiz konsert istiqamətli olub, Yaponiyaya aid müxtəlif mahnı və rəqsdən, səhnəcik, kendo şou və tədbirin əsası olan yukata şoudan ibarətdir.
Burada rəngarəng yukata və kimonolarla tanış olacaq, həmçinin yapon musiqisinin sehri ilə özünüzü Uzaq Şərqdə tapacaqsınız.

Xeyriyyə Konsertimiz ADA Universiteti 06 oktyabr 2018-ci il tarixində, saat 15:00-17:00-da keçiriləcəkdir.
Giriş ödənişlidir :  8 AZN
Qeyd: Tədbirin əsas heyəti, yaponaz kursunun tələbələridir. Bu tədbir, yapon dostlarımızın və yaponaz tələbələrin birgə əməyi nəticəsində hazırlanır.

Biletlərin satış ünvanları:

  1. ADA Universiteti. Unvan : Əhmədbəy Ağaoğlu küçəsi 11. (Gənclik metrosunun yaxınlığı)
  2.  The Secret Business Academy : Cəfər Cabbarlı 44, Nizami m-nun yaxınlığı. Caspian Plaza ll korpus 16-cı mərtəbə (Baş ofis).

Əlaqə vasitələri :

  • Ümumi məlumat şöbəsi : +99412 594 27 49
  •  yapon.az ( Sayt, Facebook, Instagram, Twitter)
    [email protected]gmail.com

Tədbirimizin reklam çarxını buradan izləyə bilərsiniz :

Bəyən və paylaş

Rəylər

rəy(lər)